Ayaqlarda mazolların (qabarlar) əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da insana ciddi fiziki və mənəvi diskomfort verir.
Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır.
Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərlənməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.
Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündürdaban ayaqqablarının müntəzəm geyinilməsidir. Bu insanlarda pəncəyə olan təzyiq artır və nəticədə bu yerdə dəri çox qalınlaşır. Quru qabarın kökü (özəyi) olur, xarici görünüşə görə quru qabar qıfı xatırladır.
Sulu qabarlarla, demək olar, bütün insanlar üzləşir. Adətən bunun səbəbi təzə ayaqqabı olur. Sürtünmə nəticəsində dəri qızarır və şişir, daha sonra burada şəffaf maye və ya bəzən qanla dolu olan suluq əmələ gəlir.
Səbəbləri
Döyənək (qabar və ya mazol) meydana gəlməsinə səbəb ola biləcək əsas səbəblər aşağıdakılardır:
Əlamətləri
Döyənəyin bir çox fərqli əlamətləri ilə yanaşı, heç bir əlamət verməyən ağrısız qabarlar da ola bilər. Ancaq döyənək meydana gələrkən, ümumiyyətlə, ilk əlamət döyənək bölgəsindəki kəskin ağrıdır. Yüngül döyənəklərdə təzyiq aradan qalxdığında ağrı da itər, amma dərin və geniş diametrli nasırlarda ağrı daha kəskin və daha narahatedicidir. Ağrıyla birlikdə bölgədə qalınlaşma da baslar.
İrsi olan döyənək növləri də vardır. Bunlar 2,5 sm genişliyinə qədər çıxar və bunların meydana gəlməsi üçün diqqətə çarpan bir təzyiq və ya sürtünmə də, ümumiyyətlə, yoxdur. Ayağın altında və ya ovucların içində də ola bilərlər. Bu cür qabarlar uşaqlarda da tez-tez tez rast gelinir.
Müalicəsi
Qabarlar, ümumiyyətlə, zərərsiz olmalarına baxmayaraq, ağrılı olduqların üçün müalicə tələb edir.
Sulu qabarları quru qabarlarla müqayisədə müalicə etmək daha asandır. Sulu qabarları müalicə etmək üçün ilk növbədə qabarın əmələ gəlməsinə səbəb olan ayaqqabını (və ya corabı) digəri ilə əvəz edin. Sulu qabarı deşmək olmaz - bu yaraya infeksiyanın düşməsinə səbəb ola bilər. Həm qabar, həm də ətrafda olan dəri gün ərzində bir neçə dəfə spirt, furasilin məhlulu və ya hidrogen peroksidi ilə işlənməlidir. Qabara plastır yapışdırmayın - bu sağalma prosesini ləngidir. Əgər suluğun tərkibində olan maye irinli olub, qabarın ətrafında olan dəri qızarıb, şişib və s., həkimə müraciət edin.
Adətən 1-2 gündən sonra suluq özü özündən deşilir. Bu yerdə olan dəriyə gün ərzində bir neçə dəfə salisil məlhəmi çəkin - bu yaraya infeksiyanın düşməsinin qarşısını alır.
Dediyimiz kimi, quru qabarları (xüsusilə onlar köhnə olduqda) müalicə etmək daha çətindir. Hal hazırda apteklərdə qabarları xaric etmək üçün çoxlu sayda müxtəlif vasitələr satılır. Onlar qalınlaşmış dərini yumşaldır və bu dəri sonra mexaniki olaraq xaric olunur. Ən sadə və ucuz vasitə - salisil mazı (salisil məlhəmi).
Məlhəmi çəkdikdən əvvəl ayaq dərisini buxara vermək lazımdır. Bunun üçün vannaya qaynar su tökün, bir qədər soda və duş geli əlavə edin və ayağınızı bu suda 10-15 dəqiqə saxlayın. Daha sonra dərini qurulayın, qabarın üzərinə salisil məlhəmi çəkin, bir qədər gözləyin və sonra üzərinə plastır yapışdırıb 12 saat saxlayın. Sonra plastırı çıxardın və yumşalmış dərini pemza (daban daşı) ilə təmizləyin. Bu proseduru bir neçə dəfə etmək lazımdır.
https://saglamolun.az/index.php/deri-sumuk-ve-sac/5110-ayaqlarda-qabarlarin-mualicesi.html
https://www.instagram.com/p/BTt73tTjfdz/?tagged=dermatokosmetoloq_dr