Endometrioz, normada yalnız uşaqlığın selikli qişasında olan toxumanın bu orqanın digər qişalarında və uşaqlıqdan kənar digər orqanlarda rast gəlməsi ilə xarakterizə olunan patologiyadır. Belə anormal yerləşən endometrium ətraf toxumalara sirayət edərək onları dağıdır.
Endometroid hüceyrələr qan və limfa damarları ilə bütün orqanizmə yayılaraq istənilən orqana düşə bilər, məsələn, qarnın ön divarının dərialtı piy qatına, postoperasion çapığa, gözün selikli qişasına və göbəyə. Endometrioz öz xarakterinə görə şiş sayılmır, çünki bu xəstəlik zamanı hüceyrələrin struktur dəyişikliyi olmur. Həmçinin onun əlamətləri menstrual tsikllə sıx bağlıdır.
Bu xəstəlik adətən 20-40 yaş arası cavan qadınlarda və endometrioz sonsuzluğu olan qadınların 40%-ində rast gəlinir. Bu xəstəliyin əhali arasında həqiqi yayılma tezliyini təyin etmək çətindir, çünki, patologiya hətta yeniyetmə dövründə inkişaf edə bilər və uzun müddət özünü heç nə ilə büruzə verməyə bilər.
Ocaqların yerləşməsinə görə ekstragenital (cinsiyyət orqanlarından kənar) və genital (cinsiyyət orqanlarını zədələyən) endometrioz ayırd edilir.
Genital endometriozun formaları:
Ekstragenital endometrioz digər orqan və sistemləri –ağciyərlər, bağırsaqlar, göbək, əməliyyatsonrası çapıqlar, konyuktiva və s. zədələyir.
Şərait yaradan faktorlar
Endometriozun patogenezində hormonal və immun pozğunluqlar böyük rol oynayır.
Xəstələrdə progesteronun sekresiyası və birləşməsi pozulur. Estrogenlərin yüksəlmiş səviyyəsi qeyd olunur ki, bu da endometrium hüceyrələrinin artıb çoxalmasını stimulyasiya edir.Çox vaxt belə qadınlarda prolaktin ifrazının çoxalması, böyrəküstü vəzin funksiyasının pozulması müşahidə olunur.
Hüceyrələrin böyüməsində və ölməsində disbalans xarakterikdir. Endotelial böyümə faktorunun güclənmiş sekresiyası damarların inkişafına və endometrioz ocaqların yayılmasına gətirib çıxarır. Eyni zamanda killer hüceyrələrin aktivliyi aşağı düşür, apoptoz (hüceyrələrin genetik proqramlaşdırılmış ölümü) ləngiyir.
Əlamətləri
Endometriozun əlamətləri uzun müddət özünü büruzə verməyə bilər. Ancaq tədricən ocaqların yerləşməsindən asılı olaraqxəstəliyin simptomları meydana çıxmağa başlayır.
Adenomiozun (uşaqlıq cisminin endometriozu) əsas əlaməti ağrılı menstruasiyalardır. Eyni zamanda aybaşı qanaxması həddindən artıq çox olur və uzun müddət davam edir. Ən xarakter əlamət – aybaşı qanamasından əvvəl və sonra olan yaxmavari qəhvəyi axıntılardır. Əgər adenomioz ocaqları böyükdürsə aybaşıarası qanaxmalar – metrorragiyalar ola bilər.
Daimi qanaxmalar xroniki dəmirdefisitli anemiyanın əmələ gəlməsinə gətirib çıxarır ki, bu da dəri və selikli qişaların avazıması, zəiflik, təngnəfəslik, saçların tökülməsi, distrofik dəyişikliklərlə özünü büruzə verir.
Ağrı tədricən, bir neçə ilə inkişaf edir. Ağrı aybaşının ilk günü güclənir, aybaşı qurtaranda isə tamamilə itir. Ağrı qasıq nahiyəsinə, düz bağırsağa və ya uşaqlıq yoluna irradiasiya edir.
Uşaqlıq boynunun endometriozu aybaşı əvvəli və ya cinsi əlaqə zamanı yaxmavari qanlı ifrazat ilə müşayiət olunur. Servikal kanalın zədələnməsi zamanı qarnın aşağısında küt ağrılar ola bilər.
Uşaqlıq yolunun və aralığın endometriozu zamanı əsas şikayət uşaqlıq yolunda və aralıqda aybaşı əvvəli və ilk günlərində yaranan və güclənən, cinsi əlaqə zamanı olan ağrılardır. Bu ağrılar uşaqlıq yolunda lokalizə olunur və çox güclü ola bilir.
Aralığın və düz bağırsağın endometriozla zədələnməsi defekasiya zamanı ağrılarla müşaiyət olunur.
Retroservikal endometrioz sinir kələflərinin və düz bağırsağın sıxılması ılə xarakterizə olunur. Xəstələr kiçik çanaqda aybaşı zamanı güclənən və bel və bud nahiyələrə yayılan ağrılardan şikayət edirlər. Xəstəlik zaamanı çox vaxt qəbizlik, nəcisdə selik və qan müşahidə olunur.
Yumurtalıqların endometriozu aybaşı əvvəli qarnın aşağısında küt ağrılarla özünü göstərir. Bu ağrı fiziki gərginlik və ya cinsi əlaqə zamanı güclənir. Sonsuzluğun yaranması ehtimalı çoxdur.
Sonsuzluq genital endometriozun əsas xarakterik xüsusiyyətlərindən biridir. O yumurtalıqlarda follikulların sayının azalması, kiçik çanaqda orqanlar arasında bitişmələrin olması, uşaqlığın selikli qişasının strukturunun və funksiyasının təkrarlanan qanaxmalar nəticəsində pozulması, hormonal pozğunluq nəticəsində meydana çıxır.
Diaqnostika
Ginekoloji müayinə zamanı endometriozun əlamətlərini uşaqlıq boynunda və uşaqlıq yolunun selikli qişasında "gözcüklər" şəklində aşkar etmək olur.
Bimanual ginekoloji müayinə daha çox aybaşı əvvəli dövrdə informativdir. Ocaqların lokalizasiyasından asılı olaraq bu zaman uşaqlığın böyüməsi və ağrılı olması, uşaqlıq yolu divarında və ya arxasında düyünlər, uşaqlığın və yumurtalıqların hərəkətliyinin məhdudlaşması müəyyən olunur.
Endometriozun diaqnostikası demək olar ki, instrumental müayinə metodlarına (ultrasəs müayinəsi, histeroskopiya, laparoskopiya, maqnit-rezonans tomoqrafiya) əsaslanır. Onların köməyi ilə endometroid ocaqların yerləşməsini, formasını, yayılma dərəcəsini və digər xarakteristikalarını dəqiqləşdirmək olur. Endometrioz zamanı laparoskopiya həm diaqnostik, həm də müalicəvi xarakter daşıyır.
Diaqnoz histoloji müayinə ilə (alınmış toxuma hissələrinin mikroskop altında tədqiqi) təsdiq olunur.
Müalicəsi
Endometriozu olan pasient həddən artıq emosional və fiziki gərginliklərdən özünü qorumalı, normal qidalanmalı, müntəzəm olaraq ginekoloqun nəzarətdə olmalıdır. Sauna, solyari və digər qızdırıcı proseduralar zərər gətirə bilər.
Endometriozu necə müalicəsi xəstəliyin lokalizasiyasından, ağırlığından və bir çox digər faktorlardan asılıdır. Bu xəstəliyin müalicəsi kompleks olmalıdır.
Endometriozun müalicə metodları
Patologiya zamanı cərrahi müdaxilənin ən çox rast gəlinən variantları:
Çox vaxt əməliyyatdan öncə və sonra hormonal müalicə təyin olunur. Hormonal terapiya cərrahi əməliyyata əks göstəriş olduğu zamanlarda da təyin olunur. Endimetriumun müalicəsində məqsəd, ovulyasiyanın tormozlanması, estrogenlərin səviyyəsinin aşağı salınması, aybaşı qanamalarının dayandırılmasıdır. Bütün bunlar endometriumun atrofiya olunmasına və endometroid ocaqların ölçüsünün kiçilməsinə gətirib çıxarır.
Profilaktika və proqnoz
Endometriozun inkişafinın qarşısını aşağıdakı üsullarla almaq olar:
Endometrioz residivləşməyə meyllidir. Müalicədən keçən ilk 5 il ərzində bu xəstəlik 40 % qadında, sonrakı 5 il ərzində isə artıq 75%-də təkrar əmələ gəlir. Menopauza başladıqda xəstəliyin residivləşmə ehtimalı azalır. Xəstəliklə zədələnmiş orqanın radikal çıxarılması zamanı proses proqressivləşmir.