Eritema, kapilyar damarlara həddindən artıq qan axını nəticəsində yaranan dərinin anormal qızartısıdır.
Bəzi hallarda eritema öz-özünə meydana çıxan və tez yox olan fizioloji cəhətdən normal bir hal hesab olunur. Məsələn, qəzəb, utanc və s. kimi güclü emosional hallarda, eləcə də yeni doğulmuş uşaqlarda, uzun müddət davam edən qızartı, dəridə iltihab prosesinin əsas simptomlarından biridir.
Eritemanın səbəbləri
Eritema müxtəlif səbəblərdən yarana bilər: infeksiyanın olması (skarlatina, qızılca), dəri xəstəlikləri (dermatit), masaj, dərinin qan dövranının pozulması, cərəyanlarla istifadə olunan fizioterapiya prosedurları, allergiya, günəş işığına məruz qalma (günəş yanığı), kimyəvi maddələr, soyuq, dərinin daimi sürtünməsi - dəri üzərində hər hansı bir təsir, kapilyarların uzun müddət genişlənməsinə gətirib çıxaran, qızartı ilə nəticələnir.
Eritemanın növləri
Eritema nodosum (eritema nodosum) ayaqların dərisində mavi düyünlərin meydana gəlməsi ilə xarakterizə olunur; xəstəlik tez-tez streptokok infeksiyasının olması ilə müşayiət olunur.
Multiforma (eksudativ) eritema (eritema multiforme) müxtəlif formalarda özünü göstərən səpgilər, xəstədə herpes simplex virusunun səbəb olduğu infeksiyadan sonra dəfələrlə baş verə bilən konsentrik lezyonlar ilə xarakterizə olunur.
İnfraqırmızı eritema (erythema ab igne) aşağı ətraflara təsir edən retikulyar piqmentli səpgi kimi müşayət olunur və uzun müddət termal radiasiyasına məruz qalma ilə əlaqələndirilir.
Eritema multiforma (eritema multiforme)
Eritema multiforma dəri xəstəlikləri arasında daha çox rast gəlinən bir xəstəlikdir. Eritema multiforma bədənin müxtəlif yerlərində rast gəlinir. Əksər hallarda isə ağız ətrafında su toplanması şəklində görünür. Eritema multiformanın bir neçə növü vardır:
https://hospital.avrasiya.az/index.php?r=xeberler/view/id/523
ERİTEMA NODOSUM (Düyünlü Eritema)
Eritema Nodosum dəri altında ağrılı qırmızı qabarcıqlarla xarakterizə olunan bir xəstəlikdir. Xəstəliyə parazitar infeksiyalar və müəyyən dərmanlar səbəb ola bilər. Müalicə üsulu Eritema Nodosumun səbəbindən asılıdır.
Eritema Nodosum nədir?
Eritema Nodosum eritema növlərindən biri olub, dərinin altındakı yağ toxumasına təsir edib iltihabli vəziyyət yaradır. Eritema Nodosum, əsasən qadınlarda aktivləşir. Xəstəliyə parazitar infeksiyalar və müəyyən dərmanlar səbəb ola bilər. Xəstəlik zamanı bir neçə santimetrə çatan subkutan (düyünlü) lezyonlara rast gəlinir.
Eritema Nodosumun səbəbləri
Düyünlü eritemaya virus infeksiyaları (hepatit B və ya HİV), bakteriya (vərəm, streptokok, salmonella) və parazit (xüsusilə toksoplazmozdan məsul olan parazit), həmçinin dərmanlar (analjeziklər, antipiretiklər, tetrasiklinlər, sulfanilamidlər, salisilatlar) səbəb ola bilər. Dərmanların səbəb olduğu eritema tez-tez Eritema Multiforme ilə müşayiət olunur. Xəstəliyin başqa bir səbəbi hormonal kontraseptivlərin istifadəsi ola bilər. Eritema Nodosum bir çox xəstəliklərin əlaməti ola bilər:
Bəzi fizioloji şərtlər də Eritema Nodosumuna səbəb ola bilər:
Düyünlü eritema - eritema nodozum adlanan qırmızı, ağrılı, bərk, təkrarlanan düyünlər ən çox orta yaşlı qadınlarda rast gelinir. 50% halda etioloji səbəb və ya yanaşı xəstəlik olur.
Etioloji 3 kateqoriya var: - #İnfeksiya (str. faringit, vərəm, koksidioidomikoz, blastomikoz, histoplazmozis, psittakozis, yersinea koliti, salmonella qastroenteriti, pişik cırmağı qızdırması, lepra). - #Dərman ( antibiotik - penisillin, sulfanamidlər, doğum kontrol dərmanları). - #Sistemik xəstəliklər ( hamiləlik, sarkoidoz, iltihabi bağırsaq xəstəlikləri, kollogen vaskulyar pozulmalar - dermatomiozit, lupus eritematozus, skleroderma, illalignansi - nadir, Sweet sindromu, Behçet xəstəliyi). #İdiopatik.
Düyünlü eritema zamani, bu 3 qrup sebebleri araşdirmaq üçün hekim-revmatoloq müayinesi zeruridi.