Fəqərə sınıqları.
Onurğa yaralanmaları yüngül bir yumşaq toxuma travmasından tutmuş fəqərə sınığı və onurğa beyni yaralanmasına qədər müxtəlif şiddətdə ola bilər.
Qırıqların 5-10 %-i boyun fəqərələrində, 70 %-i döş və bel fəqərələrində və qalanları daha aşağı bölgələrdə görülür. Ən tez yaralanan bölgə kürək və bel onurğalarının birləşdiyi (12-ci döş fəqərəsi və 1-ci bel fəqərəsi) onurğanın ən hərəkətli bölgəsindədir. Fəqərə sınığı 80% 18-50 yaş arası kişilərdə müşahidə olunur. Kişilər qadınlara görə 4 qat daha çox fəqərə sınığı keçirmə riskinə malikdirlər.
Fəqərə sınıqlarının növləri
Səbəbləri
Onurğa qırıqları gənclərdə əksəriyyətlə yüksəkdən düşmə və ya yol qəzası kimi yüksək gərginlikli travmalarla meydana gələr. Yaşlılarda isə osteoporoza bağlı olaraq sadə travmalarla hətta zədə olmadan da fəqərə qırığı meydana gələ bilər.
Əlamətləri
Onurğa qırıqlarının erkən dövrdəki əlamətləri əsasən boyun, kürək və bel ağrısı ilə əzələ spazmı şəklində özünü göstərir. Onurğa beyni yaralanması da qırıqla bərabər müşahidə olunursa keylik, qol və ayaqlarda hissizlik, qüvvət itkisi, sidik qaçırma, defekasiya aktının qeyri iradi olması kimi şikayətlər ola bilər. Gecikmiş dövr əlaməti isə sinir yaralanması olmayan xəstələrdə kafi müalicə tətbiq olunmazsa onurğada postravmatik kifoz və buna bağlı yaranan kürək, bel ağrılarıdır. Sinir yaralanması vəziyyətində isə inkişaf edən duyğu itkisi və iflic gec dövr əlaməti olaraq sayıla bilər.
Yüngül yaralanmalarda müalicə olunmadıqda düşən ayaq (drop foot) dediyimiz ayaq biləyində yuxarıya doğru hərəkət itkisi meydana gələ bilər.
İlkin Yardım
Onurğa yaralanması olduğu andan etibarən ən yaxın xəstəxanaya nəql olunmalıdır və bu əməliyyatın quruluş şəkli çox əhəmiyyətlidir. Transport üçün doğru olan təcili yardım tətbiq olunmalıdır. Xəstənin uyğun mövqedə daşınmaması yaralanma dərəcəsinə təsir edən ən əhəmiyyətli ünsürlərdən biridir. Təcili yardıma çatdırdıqdan sonar həkimlər ilk müdaxilə və müayinə edər və diaqnoz qoyulması üçün aşağıdakı müayinələri istəyər.
Diaqnozu
Müalicəsi
Fəqərə zədələrinin müalicəsi yaralanma tipinə və onurğa beyni zədələnməsinin olub-olmamasına görə dəyişilir.
Fəqərələrin yalnız ön qisimində çökmə olan və sümükləri bir-birinə bağlayan yumşaq toxumaları yaralanma olmayan xəstələrdə yataq istirahəti və korset ilə müalicə tətbiq edilir. Xəstələr korset istifadə edərək gündəlik işlərinə təxminən 10 gün içərisində qayıda bilərlər. Korset istifadə müddəti üç- altı ay arasında dəyişir.
Yaralanma əgər qeyri sabit bir qırığa, ya da sınıq- çıkığa yol açmışsa, onurğa beyni zədələnməsi meydana gətirmişsə, ya da meydana gəlmə riski daşıyırsa müalicədə cərrahı üsullar seçim edilir.