Main

Gigantizm

Gigantizm, ən çox hipofiz vəzinin şişi olan adenomanın səbəb olduğu ciddi bir vəziyyətdir. Uşaqlıqda böyümə hormonu həddindən artıq olan insanlarda görülür.

Hipofiz vəzinin tümör hüceyrələri böyük miqdarda böyümə hormonu ifraz edir və orqanizmdə bir çox dəyişikliklərə səbəb olur. Xəstələr uşaqlıq vaxtdan 2,1 metrdən 2,7 metrə qədər böyüyə bilirlər. Gigantizm nadir bir xəstəliklərdən sayılır.

Gigantizm ümumiyyətlə uşaqlıqda və ya yeniyetməlik dövründə olan insanlarda, sümük böyümə plitələri bağlanmazdan əvvəl baş verir. Hipofiz vəzi şişi sümük böyümə plitələrinin bağlanmasından sonra inkişaf edərsə, bu xəstəliyə akromeqaliya deyilir. Gigantizm ailəvi hipofiz şişlərinin bir növüdür və bəzi ailələrdə genetik mutasiyaya yolu ilə ötürülmə nətcəsində baş verə bilər.

Gigantizmin əlamətləri

Xəstəliyin əsas simptomu genişlənmiş bədən quruluşu və normal dəyərlərdən yuxarı olan boy uzunluğudur. Eyni şəkildə gigantizm, daxili orqanların və əzələlərin genişlənməsi ilə müşayiət oluna bilər.

Digər simptomlara aşağıdakılar daxildir:

  • Yetkinlik yaşına gec girmək
  • Əllərdə və ayaqlarda anormal böyüməsi
  • Ayaq barmaqlarının açılması, buna kürək barmağı deyilir,
  • Əllərin yumşaq xəmir kimi olması,
  • Alın və çənənin qabarıq olması,
  • Dişlər arasındakı geniş məsafə,
  • Böyümüş dil, burun və dodaqlar,
  • Kişilərdə səsin dərinləşməsi,
  • Yağlı və həddindən artıq tərli dəri,
  • Bilək toxumasının artaraq və oradan keçən sinirlərə təzyiq etməso (karpal tunel sindromu)
  • Artrit (oynaqların iltihabı)
  • Baş ağrısı

Gigantizmin diaqnozu

Xəstəlik yavaş inkişaf etdiyindən və simptomlar qeyri-spesifik olduğundan, diaqnoz kifayət qədər gecikdirilə bilər. Uğurlu müalicə xəstəliyi dayandıra və ya yavaşlata bilər. Buna görə erkən diaqnoz vacibdir.

Birinci mərhələdə xəstədən simptomlar tarixi alınır. Xəstənin istifadə etdiyi dərmanlar sorğulanır. Həkim tərəfindən fiziki müayinə aparılır. Daha sonra hormon testləri və bəzi görüntüləmə testləri tələb olunur.

Gigantizimin müalicəsi

Hormonal dərmanlarla radioterapiyanın kombinasiyasını əhatə edən müasir müalicə üsulları bir çox hallarda müsbət nəticə verir. Hipofiz bezinin şiş zədələnməsi halında cərrahi müdaxilə göstərilir. Müalicə əsasən akromeqaliya ilə eynidir.

tercume