Göbələk stomatiti, Candida cinsinin göbələklərinin səbəb olduğu ağız mukozasının iltihabıdır.
Səbəbləri
Uşaqlar göbələk stomatitinə doğuş zamanı qulluq vasitələri, qablar, əmziklər, oyuncaqlar və s. vasitəsilə yoluxurlar. Göbələk stomatiti tez-tez antibiotik qəbul edən uşaqlara və ya süd verən ananın antibiotiklərlə müalicəsi zamanı uşağa təsir göstərir.
Yetkinlərdə göbələk stomatitis, ən çox bədənin immunitet çatışmamazlığı ilə, antibiotiklərlə uzun müddətli müalicəsi nəticəsində, həmçinin xroniki xəstəliklərin ağırlaşması ilə inkişaf edir. Məsələn, diabet xəstəliyini buna missal göstərmək olar.
Ağız gigiyenasına riayət etməyəndə də xəstəlik inkişaf edir.
Simptomları
Uşaqlarda xəstəliyin təzahürləri zamanı əvvəlcə dildə və ağız mukozasında qızartılar görünür. 2-3 gündən sonra çoxsaylı, ağımtıl, boş səpgilər meydana çıxır. Sonradan səpgilərin ölçüləri böyüyür, bu səpgilər bir-birindən ayrılması çətin olan ağımtıl ərplə örtüklə örtülür və açıq eroziyalarda qanama olur. Uşaq narahat olur, ağızda ağrı olduğundan yeməkdən imtina edir və tüpürcək ifraz olunur.
Çox vaxt körpə döş və ya əmzik əmərkən, bir neçə əmmə hərəkətindən sonra döş və ya əmzikdən imtina edərək ağlayır. Stomatitin ağır vəziyyətlərində temperatur yüksəlir və uşaq süst vəziyyətdə olur. Ağız boşluğunda problemlərə əlavə olaraq uşaqda ishal, qarın ağrısı və meteorizm ilə özünü göstərən bağırsaq disbiozu müşahidə olunur.
Yetkinlərdə ilkin olaraq göbələk stomatiti diabetes mellitus və ya immun çatışmazlığı vəziyyətləri fonunda inkişaf edərsə, o zaman xəstəlik xroniki vəziyyətə keçir, selikli qişası parlaq qırmızı, quru, nazikləşmiş və ağımtıl ərplə örtülmüş olur. Göbələk stomatiti xroniki hala gəldikdə, selikli qişa quruyur, ağrı və yanma görünür, udma çətinləşir. Bu simptomlar həm uşaqlarda, həm də böyüklərdə baş verə bilər.
Diaqnostikası
Xəstəliyin diaqnozu klinik təzahürlər əsasında qoyulur.
Müalicəsi
Stomatitin müalicəsi xəstəliyin səbəbini aradan qaldırmaq, balanslaşdırılmış pəhriz, ağız gigiyenasını təmin etmək, həmçinin immunostimulyasiya edən dərmanlar və antifungal məlhəmlərin təyin edilməsini əhatə edir.
tercume