Main

Göz qapaqlarında rast gəlinən törəmələr

Göz qapaqları nazik dəri təbəqə ilə örtülmüş və göz almalarını tozdan, tərdən və yad cisimlərdən qoruyan mexanizmdir. Bundan əlavə göz qapaqları gözü nəm saxlamağı və göz almasının üzərində nəm qatının bərabər paylanmasını təmin edir. Göz qapaqları 4 qatdan ibarətdir:

  • Dəri və dərialtı toxuma
  • Göz qapaqlarının dairəvi əzələsi
  • Qığırdaq
  • Konyunktiva

Qeyd edilən qişalarda göz qapağının xoşxassəli və bədxassəli törəmələri yarana bilər.

Xoşbəxtlikdən göz qapağındakı törəmələrin əksəriyyəti sağlamlığı təhdid etməyən zərərsiz vəziyyətlərdir. Bəzən çox incə olub, gözün yanında yalnız çox diqqətli bir insanın sezə biləcəyi qədər kiçik ölçüdə rast gəlinir.

İnsanlar ömürləri boyu bu cür törəmələrlə yaşayırlar. Onları kəsib götürmək vacib deyil. Kosmetik səbəblərdən başqa onları götürməyə ehtiyac olmur.

Ancaq bəzən əməliyyatsız mümkün deyil. Bəzən göz qapaqlarında xəstəni öldürə biləcək bədxassəli törəmələr inkişaf edə bilər. Göz qapağındakı bu törəmələr mümkün qədər tez aradan qaldırılmalıdır.

Göz qapağının xoşxassəli törəmələri

Göz qapaqlarıda müşahidə olunan bütün şişlərin yarıdan çoxu təhlükəsiz törəmələrə aiddir.

Ölçülərinə görə fərqlənirlər. Bəziləri demək olar ki, görünmür, bəziləri isə çox güclü böyüyür və hətta bəzən gözlərin normal açılmasına mane olur.

Aşağı və ya yuxarı göz qapağında hansı növ törəmnin meydana gəldiyini öyrənmək üçün həkimə müraciət etmək lazımdır.

Göz qapağının xoşxassəli törəmələrinə aiddir:

  • Qazanılmış xallar
  • Papillomalar
  • Keratoakantoma
  • Sebareyalı akantoz
  • Fibroma
  • Lipoma
  • Hidrosistoma

Göz qapağının bədxassəli törəmələri

Dəri xərçənginin demək olar ki, bütün növləri göz qapaqlarında da müşahidə olunur. Onların 92% -ə qədəri bazaliomalardır. Melanoma və digər bədxassəli törəmələrə daha az rast gəlinir. Göz qapağının bədxassəli törəmələrinə aiddir:

  • Bazaliomalar
  • Dərinin yastı hüceyrəli xərçəngi
  • Piy vəzilərinin karsinoması
  • Merkel karsinoması
  • Melanma

Göz qapağının törəmələrinin müalicəsi

Xoşxassəli törəmələr ümumiyyətlə sağlamlıq və həyat üçün təhlükəli deyil. Ancaq vəziyyətlər fərqlidir. Bəzən xəstə yalnız göz yaxınlığındakı bezdirici böyümədən qurtulmaq istəyir.

Bəzən əməliyyatı həkim təyin edir. Bütün bədxassəli törəmələr aradan qaldırılmalıdır və bu səbəbdən həkimlər proseduru mümkün qədər tez həyata keçirirlər.

Çətinliklər də var. Gözə yaxın yerləşmiş törəmələrin əməliyyatı asan deyil və müvəffəqiyyət düzgün müalicə metodundan və həkimin təcrübəsindən asılıdır. Buna görə göz qapağındakı şişləri götürmədən əvvəl hərtərəfli müayinə həyata keçirilib diaqnoz qoyulmalıdır. Bəzən diaqnozun dəqiqləşdirilməsi üçün biopsiyaya da ehtiyac olur.

Törəmələrin formalaşma növünə, yerləşməsinə və ölçüsünə görə müalicə üsulları:

  • Kriodestruksiya (Buzla müalicə)
  • Radioterapiya (Şüa müalicəsi)
  • Cərrahi yolla törəmənin götürülməsi
  • Kimyəvi müalicə

https://dreminalihuseynli.az/goz-qapaqlarinda-rast-gelinen-toremeler-hansilardir-ve-onlar-nece-mualice-olunur/