Hıçqırıq diafraqmanın bir sıra konvulsiv sarsıdıcı büzülmələri nəticəsində baş verən, subyektiv olaraq xoşagəlməz qısa və intensiv tənəffüs hərəkətləri ilə özünü biruzə verən xarici tənəffüsün qeyri-spesifik disfunksiyasıdır. Mümkün əlamətlərinə hipotermiya, həddindən artıq yemək və digər səbəbləri qeyd etmək olar.
Hıçqırıq növləri
Hıçqırığın səbəbləri
Bəzi insanlarda meydana çıxan hıçqırıqlar psixoloji səbəblərdən yaranır. Belə hallarda hıçqırıqlar şüursuz olur və çox xoşagəlməz hadisələrdən qaçmaq istəyini əks etdirir.
Arabir yaranan hıçqırıqlar kifayət qədər zərərsiz bir fenomendir. Ancaq hıçqırıqlar uzun müddət davam edərsə, daha ağır pozğunluqların əlamətləri meydana çıxa bilər. Mədə və ya onurğa əməliyyatı keçirmiş insanlar uzun sürən hıçqırıqlar səbəbindən tez-tez tənəffüs problemi yaşayırlar. Bəzi insanlar əməliyyatdan sonra hıçqırıq yaşayırlar ki, bu da ağrıkəsici dərmanlara olan reaksiyadandır.
Mütəxəssislərin fikrincə, bu cür qeyri-ixtiyari əzələ sıxılmaları qida borusundan da gələ bilər. Udma problemi və qidanın yemək borusuna ilişməsi yemək borusunun mədə ilə birləşdiyi yerdə sinir spazmlarına səbəb olur.
Böyrək çatışmazlığının inkişafı ilə daimi və ya dövri hıçqırıqlar da baş verə bilər. Bu hal sinə, diafraqma və ya yemək borusunda bir abses və ya şişin inkişafı nəticəsində baş verir.
Hıçqırıqların əsas əlamətləri
Ümumi hıçqırıqlar sinir atakının təzahürüdür. Bu, naməlum səbəblərdən diafraqmanın əzələlərinə həyəcan ötürən frenik sinirin təsiri altında baş verir. Nəticə nəzarətsiz spazmlardır.
Hıçqırıqların müalicəsi
İllər ərzində tibbdə əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bu kiçik spazmların etibarlı müalicəsi hələ də məlum deyil.
Hıçqırıqlardan xilas olmaq üçün diafraqma və özofagusun spazmlarını dayandırmaq lazımdır. Bu, diqqəti yayındırma, ya da nəfəs alma texnikası ilə edilə bilər. Adətən bu hıçqırığı dayandırmağa kifayət edir.
Nə vaxt həkimə müraciət etməlisiniz?
tercüme