Himenolepidoz (Hymenolepidosis) cırtdan qurd tərəfindən törədilir. Cırtdan qurd (Hymenolepis nana) 0,5-sm uzunluğunda olub, lentşəkilli bədənə (strobila), boyuna və başa (skoleks) malıkdır. Baş hissəsində 4 ədəd sormac və tac şəkilli 20-30 qarmaq vardır. Məhz qarmaqların hesabına qurd bağırsaqların divarına yapışır. Strobila ağ rəngdə, çox incə, çoxlu sayda kiçik buğumlardan ibarətdir. Yetişmiş uc buğumlar, demək olar ki, bütünlüklə yumurta ilə dolu olur. Buğumlar dağıldıqda yumurtalar hələ də bağırsaqda olduğu halda onların çoxu nəcisə düşür. Yumurtalar oval və ya dairəvi formada, şəffaf və rəngsizdir. Okosverlər dairəvidir, yumurtanın mərkəzi hissəsini tutur. Şəffaf, rəngsiz, nazik qişası bir-birinə nisbətən müəyyən bucaq altında və ya demək olar ki, parallel yerləçən 3 cüt qarmağı vardır. Yumurtanın qişaları və onkosverlər arasında uzun şəffaf saplar (filamentlər) görünür. Onkosferlərin hər qütbündən 6 sap çıxır. Onların rüşeyiminin yumurtanın mərkəzində saxlamağı güman edilir.
Cırtdan qurdlar yün və hətta min ədəd olmaqla insanın və bəzi hallarda gəmiricilərin nazik bağırsağında parazitlik edirlər. Yumurtalar yoluxmuş insanın nəcisi ilə xaric olur. Şəxsi gigiyena qaydalarına əməl etmədikdə yumurtalar qapı dəstəyinə, oyuncaqlara, əllərə düşür. Yoluxma əllər və milkəklər vasitəsilə qidaya keçir. Yumurta ağızdan bağırsağa düşür. Burada onkosferlər qişadan azad olur və sonra xovlara daxil olub sürfəyə (sisteserkoidlər) çevrilirlər.
4-6 sutkadan sonra sisteserkoidlər xovları dağıdır və bağırsaq boşluğuna düşürlər. daha sonra isə bağırsaq divarına yapışır və bir həftə ərzində yetkin qurda çevrilirlər. Yumurtalar qurdun buğumlarından bilavasitə bağırsaq boşluğuna düşə bilər. Buna görə də bsğırsaqdaxili “özünüyoluxdurma” autoinvaziya və yad aha dəqiq desək qurdun ətraf mühitə çıxmadan insanın təkrarən özünü yoluxdurması (superinvaziya) baş verir.
Cırtdan qurdun törətdiyi xəstəlik – himenolepidoz həzm və sinir sisteminin pozğunluğu ilə təzahür edir. Bağırsaq zədələndikdə qarında müxtəlif xarakterli ağrılar, formalaşmamış nəciz ürəkbulanma, iştahın pozulması müşahidə olunur. Sinir sistemi zədələndikdə isə baş ağrıları inkişaf edir, diqqət və yaddaş zəifləyir, qaşınan səpgilər, konyunktivit, vasomotor rinit və s.ilə təzahür olunan allergiya inkişaf edir.
əsas diaqnostik metod yumurtaları aşkar etmək məqsədilə nəcisin mikroskopiyasıdır. Yumurtaların ətraf mühitdə qısa müddətdə dağıldığını və deformasiyaya uğradığını nəzərə alaraq, təzə ifraf olunmuş nəcisin mikriskopiyasını həyata keçirmək lazımdır. Daha yaxşı olardı ki, ifraf olunduqdanbir neçə saat keçməmiş götürülən nəcisdən istifadə olunsun.
Labarator diaqnostikanın effektivliyini artırmaq məqsədilə müayinədən əvvəlki axşam 0,1 q işladıcı (purgin) ilə birlikdə fesanal (0,5-1 qr) təyin etmək lazımdır.
Müayinə üçün nəcisi səhərlər yığırlar. Fesanal qurdun strobilasını dağıdır, nəticədə çoxlu miqdarda yumurta bağırsaq boşluğuna düşüb nəcislə xaric olur. Buna görə də xüsüsi dəqiq müayinələr (təmasda olanların, kliniki göstərişlərə görə, müayinədən sonra yoxlanış müayinəsi zamanı) tələb olunarsa, qabaqcadan fesanal təyin etmək lazımdır. Labarator diaqnostkada yumurtaların ifraz olumasının dövrililiyini nəzərə almaq lazımdır. Bu zaman müayinə olunan şəxsin invaziya intensivliyi nə qədər az olarsa, yumurtaların xarıc edilməsinin davam etmə müddəti o qədər qısa, bu dövrlər arasındakı fasilə isə uzun olar. Buna görə də birdəfəlik müayinə aparıldıqda xəstələrin yalnız 40-50%-I aşkar edilir və 5-6 gün intervalla 3 dəfə müayinə aparmaq tövsiyyə olunur.
O şəxslər sağalmış hesab olunur ki, müalicədən 6 ay ərzində aparılan təkrar (4-6 dəfədən az olmayaraq) müayinəlr zamanı nəcisdə cırtdan qurdun yumurtaları aşkar edilməsin. Bəzi hallarda 1 ilə qədər davam edən dispenser müşahidə tövsiyyə olunur, yoxlanış müayinələrinin sayını isə 8-10-a qədər artırmaq lazım gəlir.
Profilaktikası
Himenolepidoza hər yerdə rast gəlmək olarş daha çox uşaqlar xəstələnirlər. Uşaqların və məktəbəqədər müəssisələrin işçiləri və məktəblilərin (1-4-cü siniflər) labarator müayinələri ildə bir dəfə həyata keçirirlər.
Himenolepidozlu xəstələr aşkar edilildikdə ailənin bütün üzvləri müayinəyə cəlb edilir. Müalicəvi-profilaktik tədbirlər uşaq kollektivlərində və yoluxmuş şəxslərin ailələrində eyni vaxtda aparılır. Sanitar rejimin tələbləri dehelmintizasiya dövründə xüsusulə gözlənilməlidir. Uşaqların şəxsi gigiyena qaydalarına ətmələrinə nəzarət edilməlidir. Ayaqyolular, qapı dəstəkləri, ayaqyolunda suburaxıcılar, əlüzyuyanların kranları qaynar su ilə təmizlənməlidir. Ifraz olunmuş nəcisin üzərinə xlorlu əhəng səpirlər. uşaqlara asanlıqla yuyula biləcək oyuncaqlardan istifadəyə icazə verilir. Cirtdan qurdla yoluxmuş qida müəssisələrinin işçilərini müalicə müddətində işdən azad edirlər.
https://azkurs.org/az-rbaycan-respublikas-t-hsil-nazirliyinin.html?page=57