Main

Hiperprolaktinemiya

Hiperprolaktinemiya, qanda normadan artıq miqdarda prolaktin hormonunun mövcudluğu vəziyyətidir. Həm qadına həm də kişilərə təsir göstərir. Qadınlarda hamiləlik və əmizdirmə müddətində tamamilə normal qəbul edilir ancaq digər zamanlarda xəstəlik və dərman istifadəsi səbəbiylə ortaya çıxa bilər. Menstruasiyanın olmaması, sonsuzluq, hamiləlik olmadan süd vəzilərinin süd yaratması kimi simptomlara səbəb ola bilər.

Hiperprolaktinemiya zamanı bir insanın qanında prolaktin hormonu normal səviyyədən yüksək olur. Prolaktinin əsas funksiyası doğuşdan sonra ana südü istehsalını yaratmaqdır. Bu səbəbdən hamiləlikdə yüksək prolaktin səviyyələri normaldır. Prolaktin həm qadınlarda hə də kişilərdə cinsəllik hormonlarının səviyyələrinə təsir edər.

Ən çox yayılan səbəbi prolaktinoma adlandırılan hipofiz toxumasındakı böyümə və ya şişdir. Bu şiş, böyük və ya kiçik ola bilər. Adətən xoşxassəli olur. Böyük şişlər baş ağrılarına, görmə problemlərinə və ya hər ikisinə səbəb ola bilər. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə edilir. Uşaqlarda isə nadirən görünür.

Səbəbləri

Prolaktin istehsalının artmasına səbəb olan səbəblər müxtəlifdir:

  • Hipofiz vəzinin şişi (adenoması) bu ən çox yayılmış səbəbidir. Tipik olaraq, belə şişlər kiçik ölçülüdür (2-3 mm-dən çox deyil). Həkimlər "şiş" sözünü hipofiz vəzinin ölçüsündə artım mənasını vermək üçün istifadə edirlər, bu xərçəng deyil, xoşxassəli bir formalaşmadır.
  • Tiroid funksiyasının azalması (hipotiroidizm)
  • Yumurtalıq xəstəlikləri (polikistik yumurtalıq sindromu)
  • Müəyyən dərmanların qəbulu: qusma əleyhinə dərmanlar (serucal), antidepresanlar (amitriptilin), yüksək miqdarda estrogen olan kontraseptivlər
  • Qaraciyərin sirrozu
  • Xroniki böyrək çatışmazlığı (hiperprolaktinemiya hemodializdə olan xəstələrin 65%-də baş verir)

Əlamətləri

Xəstəlik həm qadınlarda həm də kişilərdə sonsuzluğa, sümük itkisinə səbəb ola bilər. Qadınlarda aşağıdakı əlamətlər görülə bilər:

  • Vaginal quruluq
  • Menstruasiya problemləri
  • Hamiləlik və əmizdirmə müddəti xaricində süd vəzilərindən südün gəlməsi

Kişilərdə:

  • Erektil disfunksiyası
  • Jinekomasti adlandırılan məmə böyüməsi
  • Vücud tüklərində azalma
  • Bəzən baş ağrıları ilk əlamət ola bilər.

Diaqnozu

Hiperprolaktinemiyanın diaqnozu və müalicəsi endokrinoloq, həmçinin ginekoloq-endokrinoloq tərəfindən həyata keçirilir.

Diaqnoz üçün sizə lazımdır:

  • prolaktin üçün qan testi və hormonal testlər;
  • bəzi hallarda, digər hormonlar, məsələn, tiroid hormonları (həkim qalxanabənzər vəzinin disfunksiyasından şübhələnirsə) üçün qan testi;
  • hipofiz vəzinin ölçüsünü qiymətləndirmək üçün kəllə sümüyünün və sella turcica sahəsinin rentgenoqrafiyası;
  • Tomoqrafiya hipofiz vəzi və beynin ətraf hissələrini ətraflı qiymətləndirmək üçün istifadə olunur.

Tomoqrafiyanın iki növü var: rentgen şüalarından istifadə edən kompüter tomoqrafiyası (KT) və maqnit sahələrindən istifadə edən maqnit rezonans görüntüləmə (MRT);

  • ginekoloqla müayinəsi (qadınlar üçün);
  • Hipofiz adenoması aşkar edilərsə, bir oftalmoloq müayinəsi.

Müalicəsi

Terapevtik müalicə ən populyardır. Xəstələrə xüsusi dərmanlar (parlodel, lisurid və s.) təyin edilir. Bu terapiya qanda prolaktin səviyyəsini normallaşdırır, qadınlarda isə menstrual dövrü və hamilə qalma qabiliyyətini bərpa edir. Cərrahi müdaxilə (hipofiz şişinin çıxarılması) adətən görmə pozğunluğu və terapevtik müalicənin qeyri-kafi effektivliyi olduqda istifadə olunur. Radiasiya terapiyası ən çox hipofizektomiyadan sonra və ya terapevtik müalicə zamanı əlavə müalicə üsulu kimi istifadə olunur. Hiperprolaktinemiya hipotiroidizm və ya adrenal çatışmazlıqdan qaynaqlanırsa, bu şərtlərin müalicəsi təyin edilir ki, bu da prolaktin istehsalının normallaşmasına və qalaktorreyanın dayandırılmasına səbəb olur. Vəziyyət dərman qəbulu ilə əlaqədardırsa (serukal, amitriptilin və s.), bu dərmanlar dayandırılır. Bir qayda olaraq, bundan 4-5 həftə sonra menstrual dövr bərpa olunur və qalaktoreya dayanır.

tercime