Diffuz toksik zob (Bazedov xəstəliyi, Graves xəstəliyi) qalxanabənzər vəzin diffuz böyüməsidir, tireotoksikoz əlamətləri ilə müşayiət olunur. Hipertireoz-qalxanvari vəzin hiperfunksiyası daha çox 30-50 yaşlarda, qadınlarda kişilərə nisbətən 5-10 dəfə şox rast gəlinir.
Səbəbləri
Xəstəliyin səbəbləri psixi travmalar, infeksiyalar (tonzillit, revmatizm və s.), digər endokrin vəzlərin pozğuluqları (hipotalamo-hipofizar,neyrosekretor sistemlər), irsi meyllilik ola bilər. Qalxanvari vəzin hiperfunksiyası müxtəlif maddələr mübadiləsinin pozulmasına (yağ zülal, karbohidrat,mineral və s.), orqan və toxumaların funksiyalarının pozulmasına səbəb olur.
Simptomları
Simptomları – qalxanvari vəzin böyüməsi, ekzoftalm, tezləşmiş ürək döyünmə, psixi oyanıqlıq, yuxunun pozulması, narahatlıq, tremor, çox tərləmə, arıqlama, əzələ zəifliyi. Ürək-damar sistemi tərəfindən taxikardiya, sistolik təzyiqin yüksəlməsi, diastolik təzyiqin aşağı düsməsi müşahidə olunur. Mədə-bağırsaq tərəfindən qara ciyərin funksiyallarının pozulması, iştahanin artması, diareya qeyd olunur. Endokrin sistemi tərəfindən amenoreya, hiperkortisizm müşahidə olunur, səkərli diabet qoşula bilər. Xəstəliyin ağrlıq dərəcəsindən asılı olaraq xəstəlik 3 dərəcəyə bölünür:
Müalicəsi
Müalicə məqsədilə antitireoid preparatlar təyin olunur: yod preparatları, tiourasil və midazol törəmələri istifadə olunur.
3-cü dərəcə zobda cərrahi müdaxilə olunmalıdır.
https://immunitet.az/1608-hipertireoz-bazedov-diffuz-toksiki-zob.html