Hipofiz adenomaları – hipofiz vəzindən əmələ gələn xoş xassəli şişlərdir. Hipofiz vəzi, 0,5 qram ağırlığında olub, kəllə əsasında, gözlərin arxasında yerləşən kiçik bir vəzdir. Hipofiz vəzi orqanizmin hormonal balansını tənzimləyən çox önəmli vəzidir. Tərkibində hormon ifraz edən və hormon ifraz etməyən hüceyrə qrupları vardır. Hipofiz vəzindən əsas 6 hormon ifraz olunur:
AKTH – böyrək üstü vəzin funksiyasını tənzimləyir.
Prolaktin – hamiləlikdən sonra südün əmələ gəlmə və ifrazını tənzimləyir.
Böyümə hormonu – insanın normal inkişafını tənzimləyir.
TSH – qalxanabənzər vəzinin funksiyasını tənzimləyir.
FSH – follikul yetişməsini tənzimləyir.
LH – cinsi hormonların ifrazını tənzimləyir.
Sadalanan bu hormonlar başqa orqanların fəaliyyətini tənzimlədiyi üçün hipofiz vəzinə “dirijor vəz” də deyilir.
Hipofiz adenomasının növləri
Hipofiz adenomaları fərqli xüsusiyyətlərinə görə müxtəlif qruplara ayrılırlar:
2. Təbiətinə görə:
3. Hormon ifrazına görə:
Hipofiz adenomasının əmələ gəlmə səbəbləri
Əksər adenomların əmələ gəlmə səbəbləri hələ də məlum deyil. Buna baxmayaraq, digər şişlər də olduğu kimi hipofiz adenomalarının da əmələ gəlməsində genetik faktorların rolu olduğu düşünülməkdədir.
Hipofiz adenomalarının diaqnostikası
Hipofiz adenomalarının diaqnostikasında həm laborator, həm də instrumental müayinə üsulları tədbiq olunur.
Laborator müayinə – qan analizləri ilə qanda müxtəlif hormonların miqdarı təyin edilərək, hər hansı bir hormonun artıq ifraz olunması və ya çatışmazlığı haqqında məlumat əldə olunur. Məsələn: qanda prolaktin hormonun həddən artıq yüksək olması prolaktinoma olması haqqında məlumat verir.
İnstrumental müayinə – kontrastlı hipofiz MRT-si hipofiz vəzi və onun ətrafındakı strukturlar, həmçinin adenomanın varlığı, ölçüsü, tərkibi, yerləşməsi haqqında ərtaflı məlumat verir.
Hipofiz adenomalarının əlamət və simptomları
Hipofiz adenomaları 3 fərqli mexanizmlə əlamət verirlər:
2. Böyüyüb ətraf toxumaları sıxışdıraraq – Çox böyük makroadenomalar görmə sinirini və beyin toxumasını sıxaraq əlamətlərə səbəb ola bilər.
Bu əlamətlər aşağıdakılardır:
3. Normal ifraz olunmalı olan hormonların ifrazını ləngidərək (hormon yetməzliyi) - əgər adenoma çox böyükdürsə normal hipofiz vəzini sıxışdıraraq hormon yetməzliyi və ya hipofiz yetməzliyinə səbəb ola bilər.
Bunun nəticəsində azalan hormonun növündən asılı olaraq aşağıdakı əlamətlər üzə çıxa bilər:
Hipofiz adenomalarının müalicəsi
Hipofiz adenomalarının müalicəsi müxtəlif amillərdən:
Hipofiz adenomasının dərman müalicəsi- Hipofiz adenomalarının müalicəsində dərman müalicəsi önəmli yerə sahib olub aşağıdakı hallarda:
Hipofiz adenomasının cərrahi müalicəsi. Müasir neyrocərrahiyyədə hipofiz adenomalarının ən geniş yayılmış və ən effektli cərrahi müalicəsi endoskopik yolla əməliyyatdır. Endoskopik yolla burundan girilərək, kəllə qapağı açılmadan hipofiz adenomaları tam çıxarıla bilər. Endoskopik yolla icra olunan əməliyyatlar həm əməliyyat müddətini qısaldır, həm də xəstələrin erkən evə yazılması üçün şərait yaradır.
Bəzi, çox böyük makroadenomalar açıq üsulla kraniotomiya edilərək (kəllə qapağı açılaraq) əməliyyat olunurlar.
Hipofiz adenomalarında şüa terapiyası. Bəzi adenomalar əməliyyatla tam aradan qaldırıla bilinmirsə və dərman müalicəsi də fayda etmirsə, o zaman belə xəstələr şüa terapiyasına yönləndirilirlər. Şüa terapiyasında məqsəd adenomanın böyüməsinin qarşısını almaqdır.
Hipofiz adenomalarında proqnoz
Hipofiz adenomaları əksəriyyəti xoş xassəli olduqlarına görə proqnozları yaxşıdır. Buna baxmayaraq, bəzi funksional aktiv adenomalar xəstələrdə yanaşı gedən xəstəliklərə (şəkərli diabet, hipertoniya, sonsuzluq və s.) səbəb olaraq xəstələrin həyat keyfiyyətini aşağı sala bilərlər. Buna görə də adenomaların erkən diaqnozu və düzgün müalicə taktikasının seçilməsi çox önəmlidir.
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/hipofiz-adenomalar%C4%B1-42865