Main

Hipotermiya

Hipotermiya, bədən istiliyinin 35°C-dən aşağı düşdüyü vəziyyətdir.

Hipotermiya, aşağı temperatura çox məruz qaldıqda baş verir. Soyuq mühitdə uzun müddət qalan insanların orqanizmi sürətlə istilik itirməyə başlayır və istilik itkisi ilə orqanizm yığılan enerjini sərf edir. Nəticədə hipotermiya baş verir.

Hipotermiyanın yaranma səbəbləri

  • Soyuq mühitdə olmaq.
  • Uzun müddət nəm paltarda qalmaq.
  • Soyuq suyda qalmaq və ya üzmək.
  • Soyuq havaya uyğun olmayan geyim geyinmək.
  • Həddindən artıq yorğun olmaq.
  • Nizamsız və qeyrisağlam qidalanmaq.
  • Soyuq, güclü küləklə uzun müddət təmas olmaq.
  • Alkoqol və narkotik istifadə etmək.
  • Soyuq yataq otaqlarında yatmaq.

Hipotermiya zamanı ilkin tibbi yardım

  • Hərəkət etdirilməməlidir.
  • Xəstə ilə danışmaq, oyaq saxlamaq lazımdır.
  • Hipotermiya olan şəxs yaş paltar geyinirsə, yaş paltar çıxarılmalıdır.
  • Lazım gələrsə paltar kəsilməlidir ki, insan həddindən artıq hərəkət etməsin.
  • Hipotermi keçirən şəxs oyaqdırsa və udmaq qabiliyyətinə malikdirsə, şirin, alkoqolsuz, kofeinsiz isti içkilər verilməlidir.
  • Hipotermiyadan əziyyət çəkən insanın qollarını, ayaqlarını və ya əllərini ovalamaq olmaz.
  • Qollara və ayaqlara isti kompreslər tətbiq edilməməlidir.
  • Hipotermiya olan insanın anidən istiyə məruz qalmasına səbəb olan müdaxilələr olduqca təhlükəlidir.
  • Təlimli şəxslər ürəyi və tənəffüsü dayanan şəxsə süni tənəffüs və ürək masajı etməlidir.

https://www.facebook.com/saglamaile/posts/hipotermiya-b%C9%99d%C9%99n-istiliyinin-35-c-d%C9%99n-a%C5%9Fa%C4%9F%C4%B1-d%C3%BC%C5%9Fd%C3%BCy%C3%BC-v%C9%99ziyy%C9%99tdirhipotermiya-a%C5%9Fa%C4%9F/6229487143749354/