Sonu ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa, yaxud dolayı olaraq meydana gətirdiyi ölümə intihar deyilir. İntihar, ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir.
Jobes, Berman və Josselsan (1987) intiharda iki əsas mərhələni qeyd etmişdir. Birincisi, intiharın insanın özünə zərər verəcək şəkildə reallaşması, ikincisi isə intihar davranışının altında şəxsin ölüm istəyinin olmasıdır.
Həmçinin intiharla bağlı düşüncələrlə intiharla bağlı davranışları mütləq şəkildə fərqləndirmək lazımdır. İntiharla bağlı düşüncə ölümlə bağlı fikirləri, intihar cəhdi ilə bağlı məqamları, spesifik planları, intihar üsulunu və intihar düşüncələrinin reallaşdırılmasını ehtiva edir. İntihar davranışı isə intihar cəhdini (ölümlə nəticələnməyən intihar davranışı) və ya intiharın tamamlanması yəni ölümlə nəticələnməsini əhatə edir.
İntihar, müxtəlif istiqamətlərdə uzun illərdir ki, üzərində araşdırmalar aparılan çox vacib məqam olmaqla yanaşı son 25-36 il ərzində xüsusilə yeniyetməlik dövründə intihar cəhdlərinin artması problemin miqyasını daha artırmış və bu sahədə tədqiqat işlərinin, profilaktik tədbirlərinin artmasına səbəb olmuşdur.
İntihar 3 mərhələdə görülür:
İntiharın əsl səbəbləri
İntiharın dinamikasını nəzarətdə saxlamaq üçün 7 intihar tipi fərqləndirilir:
İntihara verilən populyar reaksiyalar
İntihar edərkən istifadə olunan üsullar
İntihar cəhdi edən insanlar üzərində aparılan tədqiqatların 70%-də hədsiz dozada dərman istifadə edərkən, intihar edənlərin 63%-nin silaha üstünlük verdiyi aşkar olunmuşdur.
Özünü zəhərləmə, asma, kəsmə, yandırma, maşının önünə atma yeniyetməlik dövründə tez-tez rastlanılan üsullar arasındadır. Digər araşdırmaya əsasən qeyd olunmuşdur ki, yeniyetmələrin böyük bir qismi hündür yerdən atlama ilə intihar edir.
Yeniyetmə intiharlarında risk faktorları
Risk faktorlarını müəyyənləşdirmək intiharın qarşısının alınması üçün əhəmiyyətli faktorlardan ilkidir. Daha əvvəl intihar cəhdinin olması yeniyetmə intiharlarında vacib risk faktorları arasında hesab olunur. Lakin tamamlanmış intiharı olan yeniyetmələrin sadəcə 10-40%-i əvvəlcə intihar cəhdinin olması digər risk faktorlarını da dəyərləndirməyi təklif edir. Digər risk faktorları arasında psixopatoloji, ailə, bioloji və situativ faktorlar xüsusi əhəmiyyət daşıyır.
Bulling nədir?
UNICEF-ə görə bullinq (ing. Bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.
İntihar və İnformasiyanın yayılması
İntiharı xəbər qadağalarını aşan bir ölçüdə anlatılması ya da göstərilməsi şəxsin məhrəmiyyət (məxfilik) və şəxsi hüquqlarını pozmaqdır.
İntihar xəbərlərinin veriliş tərzinə diqqət edilmədiyi zaman intihara meyilliliyin artdığını göstərən çox sayda nümunə var. Mediada detallı rəsm, görüntülərlə və şəxsin ad soyadının verildiyi xəbərlərdən sonra bənzər yöntəmlər istifadə edərək intiharların artdığı bildirilmişdir.
Necə kömək edə bilərik?