Main

Kardiyanın axalaziyası

Kardiyanın axalaziyası qida borusunun kardial hissəsinin udma zamanı açılmaması ilə xarakterizə olunan və qida borusunun döş qəfəsi hissəsinin hərəkətinin pozulması ilə müşayiət olunan xəstəliyidir. Bu xəstəlik zamanı qidanın mədəyə evakuasiyası pozulur.

Əlamətləri

  • Disfagiya – udqunmanın çətinləşməsi
  • Epiqastral və döş sümüyü arxasında dolma hissi
  • Qidanın qida borusundan ağıza qayıtması
  • Döş sümüyü arxasında ağrı
  • Durğunluq ezofagiti

Diaqnozu

Axalaziyakardiya fluoroskopiya metodu ilə aşkar edilir, onun vasitəsilə yemək borusuun genişlənməsi və daralması müəyyən edilir.

Düzdün diaqnoz qoymaq üçün bu metoddan əvvəl nitrogliserin qəbul etmək tövsiyə olunur.

Müalicəsi

Müalicə xəstəliyin stadiyasından asılı olaraq konservativ və cərrahi olur.

Cərrahi əməliyyat laparoskop vasitəsi ilə aparılır. Xəstələr əməliyyat gününün səhərindən etibarən demək olarki bütün simptomlarının artıq keçdiyini hiss edir, 5-7 gün ərzində isə əmək qabiliyyətini tam bərpa etmiş olur.

https://www.facebook.com/fundahospital/posts/kardiyan%C4%B1n-axalaziyas%C4%B1-qida-borusunun-kardial-hiss%C9%99sinin-udma-zaman%C4%B1-a%C3%A7%C4%B1lmamas%C4%B1-/1648863175161914/

tercume