Main

Kəllədaxili hematoma

Kəllədaxili hematoma ölümə səbəb ola biləcək ciddi bir vəziyyətdir.

Bildiyimiz kimi, beyin kəllənin içərisində yerləşmiş və insan hərəkət edən zaman onu baş verən şoklardan qoruyan maye ilə əhatə olunmuşdur. Ancaq güclü təsir hallarında, maye həmişə öz funksiyasının öhdəsindən gələ bilmir, beyin sarsılır, kəllənin divarlarına güclü zərbə enir. Bundan sonra, bəzən beyin və kəllə arasında və ya beynin özündə bir qan damarı qırılır. Nəticədə beyin toxumasını sıxan intrakranial hematoma əmələ gəlir və bu vəziyyət təcili tibbi yardım tələb edir.

Simptomları

Xəstəliyin simptomları travmalardan dərhal sonra və ya bir müddət keçdikdən sonra ortaya çıxır. Bu xəstəliyin əsas əlamətləri baş ağrısı, ətraflarda zəiflik, çaşqınlıq, başgicəllənmə, göz bəbəyinin müxtəlif ölçüləri, yavaş danışma, yuxululuq, ürəkbulanma və qusmadır. Əgər böyük bir hematoma əmələ gəlmişsə və ya kəllə ilə beyin arasında dar bir boşluq varsa, letarji, qıcolma və hətta koma kimi simptomlar görünə bilər.

Səbəbləri

Kəllədaxili qanaxmanın əsas səbəbi başın şiddətli travmaya məruz qalmasıdır. Yaşlı insanlarda isə hətta kiçik baş zədələrində belə qanaxma baş verə bilər.

Diaqnostikası

Bu xəstəliyin diaqnozunu qoymaq olduqca çətindir. Həkimlər, müxtəlif baş zədələrindən sonra yaddaş itkisinin kəllədaxili qanaxma səbəbindən baş verməsi məsələsində həmfikirdirlər.

Hematomanın yerini və ölçüsünü təyin etməyin ən yaxşı yolu, maqnit rezonans görüntüləmə (MRT) və kompüter tomoqrafiyası (KT) üsullarıdır.

Müalicə və reabilitasiyası

Əksər hallarda növü, yeri və ölçüsü nəzəra alənaraq kəllədaxili hematoma, cərrahi müdaxilə tələb edir.

Əməliyyatdan sonra post-travmatik qıcolmaların qarşısını almaq üçün xəstəyə antikonvulsanlar təyin edilə bilər. Qeyd etmək lazımdır ki, qıcolmalar zədədən bir il sonra da başlaya bilər. Bundan əlavə, zədədən sonra bir müddət baş ağrıları, diqqətin pozulması, narahatlıq və amneziya hallarına rast gəlinə bilər.

Zədədən sağalma müddəti uzun sürə bilər ama bəzi hallarda sağalma baş vermir. Yetkin insanlarda bərpa müddəti təxminən altı ay çəkir. Uşaqlar daha tez sağalmağa meyllidirlər.

tercume