Main

Keratoma

Keratoma - həddindən artıq keratinləşmə ilə epidermisin böyüməsi ilə xarakterizə olunan dərinin xoşxassəli neoplazması; perekanser (xərçəng öncəsi) hesab olunur. Bu anomaliya daha çox ağ irqin 50 və daha çox yaşı olan nümayəndələrində müşahidə olunur.

Buynuz keratoması – Xoşxassəli dəri birləşməsi olan keratoma bəzi insanlarda bərkiyərək dəri kənarına çıxır və buynuz forması alır.

Qocalıq keratoması (k. senile; sin. qocalıq ziyil, seboreik keratoma, keratopapilloma) - sərt qəhvəyi pulcuqlarla örtülmüş, ətrafdakı dəridən ayrılmış lövhə və ya düyün şəklində keratoma; əsasən yaşlı insanlarda baş verir.

Buynuz keratomasında sonra biopsiyanın keçirilməsi vacibdir. Əksər buynuzlar xoşxassəli olsa da, 20% halda onlar bədxassəli olur və xərçəng xəstəliyinə səbəb olur.

Lazer proseduru keratomların kənarlaşdırılması müalicəsi üçün ən təsirli üsul kimi tanınır.