Kəskin orto otit (kəskin otoantrit) - orto qulağın kəskin iltihabi xəstəliyidir.
Xəstəlik, bütün lor xəstəliklərinin 15-20%nı, qulaq xəstəliklərinin isə 65-70%ni təşkil edir.
Kəskin orto otitlə xəstələnmə hallarına həyatının birinci ilində olan körpələrin 44%-ə ildə bir dəfə, 7-8% -ə isə ildə 3 dəfə rast gəlinir. Üç yaşa qədər uşaqların 65%-də ildə 1-2 dəfə, 35% də isə ildə 3-4 dəfə daha çox rast gəlinir.
Kəskin orto otit xəstəliyi daha çox 6 -18 aylıq körpələrdə baş verir, çünki bu yaşda olan körpələrin yevistax borusu uzun, qısa və dardır. Bu səbəbdən, süni qida yeyən körpələr uzanaraq horizontal vəziyyətdə yedizdirildiyinə görə südün yevistax borusuna keçməsi baş verə bilər ki, bu da ana südüylə qidalanlara nisbətən daha çox bu xəstəliyə tutulma ehtimalını çoxaldır.
7-15% hallarda isə 3 yaşlı uşaqlarda rast gəlinə bilər. 5 yaşa qədər uşaqlarda rast gəlmə tezliyi isə 90%-dir. Uşağın yaşı az olduqca kəskin orto otit hər iki qulaqda olma ehtimalı artmış olur. İki tərəfli orto otit xəstəliyi bir yaşa qədər uşaqlarda 70-80% hallarda ola bilər.
Kəskin orto otitin səbəbləri
Xəstəliyin əmələ gəlməsində ümumi və yerli faktorlar iştirak edir. Ümumi faktorlara uşağın immun sistemi və orqanizmin özünün vəziyyəti aiddir. Yerli faktorlarda isə orto qulağında olan dəyişiklikləri rol oynayır, əsasən silindirik epitelinin tam inkişaf etməməsidir. Kəskin respirator xəstəliklərdən, ağız boşluğunun mikroflorasının aktivizasiyasından sonra, təbil pərdəsinin travmaları aiddir.
Bundan başqa, adenoid hipertrofiyası, burunətafı ciblərin (sinuslar), burun-udlağın iltihabı xəstəliklərinidə bura aid etmək olar.
Xəstəliyin klinik əlamətlərində ümumi olaraq qulaqda ağrı (daha çox yatanda) ağrı başlayır. B una görədə körpənin yata bilmir və narahat olurlar. Bundan başqa eşitmə zəifliyi, müvazinat pozğunluğu, baş ağrısı, qulaqda axıntı, iştahsızlıq kimi əlamətlər müşahidə olunur.
Klinik gedişinə görə xəstəliyin 3 mərhələsi var:
Müalicəsi
Müalicəsi uşağın yaşına və klinik əlamətlərin şiddətinə görə aparılır. Əgər kəskin ağrı olarsa mütləq ağrıkəsici vermək lazımdır. Körpələrdə ağrını əlini qulağa aparmaqla, ağlamaqla göstərirlər. Ağrikəsici kimi parasetamol(10-15mq/kq 4 saatdan bir), ibuprofen(10-15mq/kq 6-8 saatdan bir) verilir. Əgər ağrı kəsməzsə bu zaman mirinqotomiya əməliyyatı edilməlidir. Kəskin orto otitli xəstələrdə, ən çox 6ay -2 yaş uşaqlarda 2-3 gün boyunca antibiotik vermədən gözləmək lazımdır. 6 aydan kiçik uşaqlarda kəskin orta otit təkrarlanarsa, immun sistemi zəifləmiş olarsa bu zaman antibiotik təyin edilir. 2yaşdan kiçik uşaqların müalicə müddəti 10 gün, 2 yaşdan böyük uşaqlarda isə 5-7 gündür. Bundan başqa ümumi olaraq vitaminoterapiya, bədəni möhkəmləndirən müalicə edilə bilər.
Birinci dəfə kəskin orto otit keçirən 2 yaşdan kiçik uşaqlarda yenidən təkrarlanma halları 3 ay ərzində 55%, 2-5 yaş uşaqlarda isə 25%, 5 yaşdan böyük uşaqlarda isə 10% təşkil edir.
Kəskin orto otitli xəstələri mütəxəsis tərəfindən vaxtında və düzgün müalicə etdikdə yuxarıda sadaladığımız ağırlaşmalar olmaz və eşitmə vaxtında bərpa olunar.