Kəskin toksik bronxiolit insanın tənəffüs sisteminin zədələnməsinin ağır formalarından biridir.
Yetkinlərdə bronxiolit olduqca nadir hallarda görünür və demək olar ki, həmişə kəskin bronxitin fonunda baş verir və xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə çətinləşdirir. Bu səbəbdən kəskin bronxit və kəskin bronxiolit eyni bölümlə müzakirə olunur.
Kəskin bronxiolit əsasən uşaqlar arasında rast gəlinən xəstəliklərdən biridir. Xəstəlik daha çox 6 aydan 2 yaşa qədər uşaqlarda virus xəstəliyinin 3-4-cü günündə aşkar edilir.
Səbəbləri
Xəstəliyin törədicisi RS-virusu, para grip, adeno və rotaviruslar, qrip və koksaki B virusu olur.
Simptomları
Xəstəlik 39-40 dərəcə hərarətlə başlayır, bir neçə gün davam edir. 2 və yaxud 3-cü gün vəziyyət birdən pisləşir, tutmaşəkilli öskürək və tənəffüs çatışmazlığı müşahidə olunur. Tənəffüsün sayı dəqiqədə 60-80-ə çatır, küylü, səthi olur, çətinləşir. Bütün köməkçi əzələlər tənəffüsdə iştirak edir, burun qanadları gərginləşir. Dəri boz sianotik rəng alır, perioral ya ağır hallarda ümumi sianoz müşahidə edilir. Həkim müayinəsi zamanı auskultasiyada sərt tənəffüs fonunda xırda qabarcıqlı yaş xırıltılar və çartıltılar eşidilir. Təngnəfəslik həmişə taxikardiya, ürək tonlarının karlaşması ilə müşayiət olunur.
Diaqnostikası
Rentgenoloji müayinədə ağciyərlərdə şəffaflığın artması, qabırğalararası sahələrin genişlənməsi diaqnozu təsdiq edilir. Diaqnoz, əsasən virus infeksiyası ilə əlaqəsinə, eləcə də hipertermiya və tosikoza görə qoyulur.
Müalicəsi
Xəstə mütləq hospitalizasiya olunmalıdır. Burada xəstələrə antbiotiklər, 2-3 gün hormonaterapiya, vitaminlər təyin olunur.
https://aztibb.az/az/news/8052-keskin-bronxiolit-nedir-sebebleridiaqnostikasi
tercume