Main

Kontagioz Mollyusk

Kontagioz mollyusk adlı infeksiyoz xəstəliyin törədicisi Poksvirus ailəsindən olan MCV1 virusudur. Ailə içində, məktəb və baxçalarda bir-biri ilə təmas edən, daha çox 1-10 yaş uşaqlar arasında yayılan bu virus hər yaşda insana rahatlıqla yoluxa bilər. Yetişkinlərdə daha çox MCV2 növü cinsi yol ilə yayılır.

Xəstəliyin yaxşı tərəfi odur ki, kontagioz mollyusk daxildən bir zədələnməyə səbəb verməyərək dəridə görülür və bəzən öz-özünə 6-9 aya sağala bilir. Xəstəliyin pis tərəfi isə, toxunma, paltar və dəsmal kimi ortaq istifadə olunan əşyalar ilə sürətlə yoluxur. İngilizcə “water wart” - su ziyili adı ilə bilinən virusdur. Bəzi durumlarda xəstəlik infeksiyalaşıb qaşıntı və ya ağrıya səbəb ola bilər. Özəlliklə Atopik Dermatiti olan, kortizon tərkibli kremlər istifadə edən uşaqlarda daha sürətlə yayılır və çox sayıda mollyusk səpkiləri ilə nəticələnə bilər.

Hər nə qədər müalicəsiz də sağala bilən bir virus infeksiyası olsa da, çox vaxt müalicə etmək daha məsləhətdir. Çünki spontan sağalması bəzən illər çəkə bilər, sağalana kimi ətrafdakı insanlara da yoluxur və üz, qollar kimi görünən yerdə yerləşdiyi zaman uşaqlarda psixolojik narahatçılığa səbəb ola bilər.

Xəstəlikdən yaranan ziyilləri tək tək yerli keyləşdirmə altında steril pinset ilə təmizlənməsi, maye azotla kriyoterapiya, elektrokauterizasiya, hətta lazer ilə yandırılması mümkündür. Müalicə şəkli pasientin yaşı, səpkilərin yerləşmə və sayına görə dəyişir.

Kontagioz mollyusk aşkarlanarkən nələrə diqqət edilməlidir

  • Həkim tərəfindən müalicə tətbiq edilən gün yataq dəsti, dəsmalların dəyişməsi və yuyulması.
  • Hamamdakı süngərin atılması.
  • Müalicədən öncə geyinilmiş bütün paltarların viruslu qəbul edilib yuyulması.
  • Ailədə birdən çox uşaq varsa hər birinin dəsmal və paltarının ayrılması.
  • Tam müalicə edilmiş olsa da, bəzi yeni bulaşmış mikroskopik səpkilər 2-8 həftə səssiz bir zaman sonrası gözlə görülür hala gəlir, bəlli aralıqlar ilə təkrar həkimdə yoxlanılması.
  • Allergiya/egzema səbəbiylə sterodli krem istifadə edirsinizsə, molluskum səpkiləri olan yerə bu dərmanların çəkilməməsi.
  • Bu səbəbdən uşağın cəmiyyətdən, məktəbindən təcrid edilməsinə gərək yoxdur, müalicəsini almış uşaq təhsilinə, üzgüçülüyə və digər idmanına davam edə bilər.
  • https://lmclinic.az/