Kornea nəqli, şəffaflığını itirmiş yada forması pozulmuş kornea toxumasını çıxararaq yerinə ölüdən götürülən sağlam kornea toxumasının yerləşdirilməsidir.
Kornea, insan gözünün ən ön hissəsində yer alan şəffaf və yüksək qırıcılıq xüsusiyyətinə malik olan toxumadır. Ön səthinin mailliyi və şəffaflığı sayəsində gözə paralel olaraq gələn şüalar qırılaraq retina üzərində birləşmək üzrə bir-birinə yaxınlaşırlar və göz mərcəyindən də keçdikdən sonra retina üzərində cəmləşirlər. Yəni görmə funksiyanın uğurla həyata keçməsi üçün kornea formasının düzgün olması və şəffaflığının qorunması lazımdır.
Kornea Nəqli (Keratoplastika) - şəffaflığını itirmiş yada forması pozulmuş kornea toxumasının müəyyən böyüklükdə dairəvi şəkildə çıxarılaraq yerinə vəfat etmiş birindən götürülən və yenə uyğun miqyasda kəsilərək hazırlanmış sağlam kornea toxumasının yerləşdirilməsi əməliyyatıdır. Günümüzdə ən çox görülən və müvəffəqiyyət nisbəti ən yüksək toxuma nəqlidir.
Başqasından götürülən kornea toxuması bu toxumaya ehtiyacı olan xəstə ilə uyum yaradır. Son zamanlar əməliyyat növlərində və istifadə edilən materialların inkişaf etdirilməsi, hüceyrə qoruyucu xüsusi maddələrin istifadə edilməsi, götürüləcək olan kornea toxumasının sağlam və sterilləşdirilmiş şəraitdə əldə edilməsi, toxuma keyfiyyəti və uyğunluğunun yoxlanılması ilə bu əməliyyatın müvəffəqiyyət nisbəti daha da artmışdır.
KORNEA NƏQLİ HANSI SƏBƏBƏ GÖRƏ TƏTBİQ EDİLİR?
Kornea nəqli, görməyi artırmaq (optik), kornea xəstəliyini müalicə etmek (teropatik), göz bütövlüyünü qorumaq (tektonik) və xarici görüntüsünü (kosmetik) düzəltmək məqsədilə həyata keçirilə bilər.
Görmə itiliyini artırmaq keratoplastikanın ən mühüm səbəbidir.
Korneanın şəffaflığını pozan infeksiyalara bağlı skar, toxumaları və damarlanmalar, korneada maddə yığılmaları ilə ortaya çıxan distrofilar, göz içi cərrahiyyə zamanı və ya irsi bir xəstəlik kimi ortaya çıxan endotel çatışmazlıqları kimi səbəblər ilə kornea şəffaflığının pozulması ən çox rast gəlinən kornea nəqli səbəbi olan patologiyalardandır.
Bundan başqa, korneanın nazikləşməsi və düzgün oval şəkilinin pozularaq konikləşməsi (keratokonus), özünə məxsus antimikrobial müalicəyə cavab verməyən keratitlər, qəzalardan sonra bütövlüyünün pozulması və ya korneanın yığılması ilə xarici görünüş problemlərinin yaranması vəziyyətində da kornea nəqli lazım gəlir.
KERATOPLASTİKANIN LAZIM GƏLDİYİ HALLAR
KERATOPLASTİKA NÖVLƏRİ
PENETRAN KERATOPLASTİKA
Verici korneanın bütün qatları ilə alıcı korneaya nəql edilməsi ilə baş verir.
LAMELLER KERATOPLASTİKA
Korneanın tam qat olmadan sadəcə bir hissəsinin götürülməsi və suture edilməsi ilə tətbiq edilir və faydaları:
KERATOPLASTİKA ƏMƏLİYYATI
Kornea nəqli əməliyyatı əsasən lokal anesteziya altında aparılır. Xəstə yatırdılmır, yalnız gözü və ətrafı keyləşdirir. Uşaqlarda, lokal anesteziya ilə dayana bilməyən xəstələrdə cərrah seçimi ilə ümumi anesteziya altında keçirilə bilər.
Mikroskop altında, yuvarlaq xüsusi bir bıçaq ilə xəstənin bulanıq korneasının mərkəzindən 7,5-8 mm diametrində bir pəncərə açılır və ölüdən alınan şəffaf kornea toxuması uyğun ölçüdə kəsilərək bu bölgəyə tikilir. Əgər xəstənin kataraktı varsa, kornea nəqli zamanı kataraktı da götürülə bilər.