Main

Koxelar nevrit (Eşitmənin pozulması)

Koxlear nevrit- (neyrosensol eşitmə pozğunluğu, eşitmə pozğunluğu, eşitmə sinirinin nevriti) eşitmə sinirinin zədələnməsidir.
Eşitmə siniri zədələnməsi nəticəsində insanlarda eşitmənin zəiflənməsi və daimi olaraq qulaqlarda küyün yaranması baş verir.
Koxlear nevritin yaranma səbəbləri

  • İnfeksion xəstəliklər (qrip, herpes, qızılca, məxmərək, epidemik porofit, skarletika, sifilis.
  • Müxtəlif dərman preparatlarının uzun müddətli istifadəsindən sonra yaranan nevrit (Aminoqlukozal qrupundan olan antibiotiklər, dikrefiklər, salisil turşusu, xinin və.s)
  • Peşə ilə bağlı faktorlar (səsli-küylü iş rejimi,radiasiya)
  • Beynin qan-dövranın pozğunluğu ilə bağlı olan (ateroskleroz, işemiya, beyin qansızması, tromboz, hipertoniya xəstəliyi)
  • Kəllə beyin trovmoları, barotrovna, akustik travmalar.
  • Orqanizmdə maddələr mübadiləsinin pozqunluğudan yaranan şəkərli diabet bipoparatireoz və.s )

Eşitmə sinirinin nevrinoması, beyin şişləri.
Koxlear nevritin klinik formaları:
1 aya qədər - Kəskin koxlear nevritidir.
Belə hallarda müalicə effektlidir.
1 aydan - 3 ayadək - Yarımkəskin koxlear nevritdir – Bu zaman müalicə 70% təşkil edir.
3 aydan çox – Xroniki koxlear nevritdir.
Müalicə az effektlidir.

Simptomları
Koxlear nevritin iki əsas simptomu olur.
Eşitmənin zəifləməsi və qulaqlarda yaranan küy.
Xəstəlik anidən yaranada bilər, bu zaman eşitmənin bir neçə saat ərzində enməsi baş verir, adətən bir tərəfli olur və bir neçə gün çəkə bilər. Vaxtında müalicə olunmasa xəstəlik yarımkəskin, sonra ilə xroniki formaya keçə bilər.
Xroniki formada isə iki mərhələ olur.
Stabil, proqressivləşən. Proqressivləşən forma tam karlığa gətirib çıxara bilər.
Eşitmə sinirinin zədələnməsi həm də vestibulyar sinptomlarlada özünü göstərir.
Bu hallara başgicəllənmə, qusma, ürəkbulnma, müvazinətin itməsi, başın anidən çevirərkən başgicəllənmənin artması aiddir.
Eşitmənin zəifləməsi ilə gedən xəstəliklər çoxdur.
Məsələn Menyer xəstəliyi, Otitlər, Otoskleroz, qulaqda olan yad cisim, Qulaq txacı, evstaxit.

Müayinəsi
Differensiyasiya məqsədilə bir neçə müayinə metodları vardır ki, onların sayəsində eşitmənin zəifləməsinin və həmçinin qulaqlardaki küyün səbəbini öyrənmək vacib amillərdən sayılır.
Bu müayinələr aşağıdakılardır.

  • Saf səs audimetriyası
  • Akustik impedansometriya (Timponometriya üzəngi əzələsinin reflekxlərinin təyini)
  • Beber testi
  • Xeikrootoskofiya
  • Elektrokoxleoqrafiya

Müalicəsi

Müalicədə əsas məqsəd əgər kəskin və yarımkəskin koxlear nevritdisə eşitməni normallaşdırmaq küyün yox edilməsisir.
Xroniki nevritlərdə isə eşitmənin get-gedə dahada zəifləməsinin qarşısının alınmamasıdır.
Çox vaxt insanlar həkimə müraciət etmirlər bununlada prosesi daha da uzadırlar.
İkitərəfli eşitmə zəifliyi 40 db olan xəstələr birinci növbədə sosial problemlərə üzləşir, deyilən sözləri eşidir, amma anlaya bilmir. Belə alan hallarda eşitmənin protezləşdirilməsi göstərişdir. Vaxtında lazım olan diaqnostik müayinələrin keçirilməsi və onun nəticəsinə əsaslanaraq aparılan müalicə koxlear nevritlərdə tam aradan qalxa bilər.
Xroniki koxlear nevritlərdə isə eşitmə zəifliyi eşitmənin protezləşdirilib korreksiya edilməsi vacibdir.

https://www.facebook.com/dr.arif.mammadov/photos/a.1567763193452758/1727229520839457/?type=3