Main

KVİNKE ÖDEMİ

Kvinke ödemi (angionevrotik ödem, nəhəng övrə) - dərinin,dərialtı birləşdirici toxumanın və selikli gişanın şiddətli, birdən inkişaf edən məhdud ödemidir. Daha çox qadınlarda təsadüf olunur.

Xəstələrdə tez-tez allergik mənşəli digər xəstəliklər də müşahidə oluna biler.

Böyük ölçülü ödemlər daha çox yumşaq birləşdirici toxumada əmələ gəlir:

● dodaqlarda,

●göz qapaqlarında,

●yanaqlarda,

●ağızın selikli gişasında,

●cinsiyyət orqanlarında.

Tipik hallarda o, bir neçə saatdan sonra (2-3 sutkaya qədər) izsiz bir şəkildə yox olur.

Xəstəliyin iki forması var:

●kəskin

●xroniki

Kvinke odeminin anadangəlmə və sonradan qazanılmış variantlarını, eləcə də övrə ilə yanaşı gedən və həmçinin tək halda (təcrid olunmuş) formasını fərqləndirmək lazımdır.Xüsusi forması da qeyd olunur:

C1 – inqibitorunun çatışmamazlığı ilə əmələ gələn angionevrotik ödem.Bu forma daha çox ailə anamnezi ilə xarakterizə olunan kişi cinsinin nümayəndələrində qeyd olunur. Ödemin inkişafına mikrotravmalar və stress səbəb olur.Daha çox qırtlaq ödemi inkişaf edir.

Təxminən 20-25 % hallarda Kvinke ödeminin irsi forması inkişaf edir, hansı ki, (C1 – inqibitoru) ilə əlaqəlidir.

●30 % hallarda xəstliyin səbəbi bilinmir, belə hallar xəstəliyin idiopatik forması olaraq qeyd olunur.

Digər hallarda kvinke ödeminin səbəbi

●dərman allergiyasi,

●qida allergiyası,

●həşərat sancması,

●parazit qurdları və birhüceyrəli heyvanlar,

●qan xəstəlikləri və autoimmun xəstəlikləridir.

Kvinke ödemi üçün angiotenzin çevirən fermentin inqibitorları (AÇF – inhibitorları) ilə müalicə hallarının əlaqəsi xarakterikdir (kapoten, renitek, enap, prestarium və s. aiddir), ödem daha çox hallarda dildə və dodaqlarda lokalizasiya olunur.

Əsas əlamət, dərialtı piy toxumasının, və/vəya selikli gişanın, dərinin ağrısız məhdud ödemidir.

● Bəzən dərinin şişməsi də rast gəlinir.

●Ödem bərk olur və barmaqla basıldıqda iz buraxmır

● ödemin üzərindəki dəri öz ilkin rəngini saxlayır.

  • Daha çox hallarda Kvinke ödemi

●dodaq ətraflarında,

●göz qapaqlarında,

●dildə,

●yumşaq damaqda,

●qulaq seyvanında,

●əllərdə,

●pəncədə,

●cinsi orqanlarda əmələ gəlir.

Ödemin nisbətən qorxulu forması qırtlaq ödemidir.

Xəstədə birdən-birə :

●öskürək,

●xırıltılı tənəfüs,

●narahatçılıq,

●üzdə solğunluq və ya göyərmə,

●nəfəs darlığı,

●qan qusma (bəzi hallarda)müşahede olunur.

Ödemin şiddətlənməsi və ya onun traxeyanın selikli gişasında yayılması halları da olur. Bu zaman xəstənin vəziyyəti pisləşir və asfiksiya təhlükəsi yaranır.

●Xəstələrin 20-25 %-ində traxeyanın,iri bronxların və qırtlağın ödemi müşahidə oluna bilər.Belə hallarda xırıltılı səs, hava çatışmamazlığı, “hürən öskürək” kimi əlamətlər görünür.

●Mədə-bağırsaq traktının selikli gişasının ödemi kliniki olaraq kəskin qarın mənzərəsini xatırladır. Bu hal qarında kəskin ağrıların yaranması, qusma və ardıcıl gələn ishal ilə müşaiyət olunur. Buna bənzər hallarda dərinin və görünən selikli gişaların dəyişkənliyi olmaya bilər, bu da vaxtında diaqnozun qoyulmasına maneə yaradır.

●Kvinke ödeminin sidik kisəsində yaranması sidik ifrazının pozulmasına səbəb ola bilər.

●Kvinke ödeminin ən təhlükəli ağırlaşmalarından biri də qırtlaq, traxea və iri bronxların ödemidir.

●Bunların nəticəsində də asfiksiya (kəskin tənəffüs çatışmamazlığı) təhlükəsi yarana bilər. Belə hallarda təcili olaraq həkim müdaxiləsi vacibdir.