Lateral Epikondilit “Tennisçi dirsəyi” kimi də tanınır. Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit xəstəliyində vətər bağlanması yerində degenerasiya və zəifləmə baş verir. Bu, əzələlərin aktiv olduğu hərəkətlər (gərmə, tutma,açma və s.) ilə əlaqədar olaraq ağrıya səbəb ola bilər. Tennis kimi idman növləri bu xəstəlikə əlaqələndirilir.
Səbəbləri
Lateral Epikondilit kimlərdə görülür?
Daha çox 30-50 yaş arasında görülür. Lakin bunu tennis,ağırlıq qaldırma,beysbol və s. növ kimi idmanlarla aktiv məşğul olan gənclərdə də görmək olar.
Lateral epikondilit əlamətləri
Xəstələrin müalicəyə ehtiyacının əsas səbəbi ağrıdır. Ağrı dirsək xaricində “lateral epikondil” olaraq bilinən çıxıntılı sümüyə lokallaşdırılır. Bu bölgəyə toxunduqda həssaslıq yaranır. Ağrı, tendonun üzərindəki stres hərəkətləri ilə (məsələn, tutma, uzanma) da arta bilər. Ağrı aktiv hərəkətlər nəticəsində dirsəkdən başlayır və ön qoldan ələ yayıla bilər. Bəzən hərəkət etmədən də ağrı ola bilər.
Lateral Epikondilit və Fizioterapiya | Reabilitasiya
İlk olaraq ağrılara səbəb olan hərəkətlər azaldılmalıdır.
Müalicəvi idmanda gücləndirici hərəkətlərə üstünlük verilməlidir.
Miostimulyasiya,magnitoterapiya,ve ultrasəs dalğa terapiyası ilə qısa zamanda ağrıları azaldaraq bərpa müddətində müsbət nəticələrə nail olmaq olar.