Orta qulağın xronik irinli iltihabı xəstəliyinin ağırlaşmalarından biridir. Mastoidit 3 aydan çox davam edən irinli infeksion xəstəliklərindən sonra başlayır.
Səbəbləri:
Mastoidit özü özündən yaranmir. Xəstəliyə əsasən orta qulaqda meydana gələn zərbə və ya iltihablanma səbəb olur. Nadir hallarda mastoidit qan zəhərlənməsinin nəticəsində yarana bilər.
Əlamətləri:
Mastoidit orta qulağın iltihabının nəticəsində yaranıbsa, xəstəlik prosesi orta otit media xəstəliyindən, təxminən iyirmi gün sonra başlayır. Qəflətən xəstənin bədən temperaturu kəskin şəkildə yüksəlir (39 dərərcə və daha yüksək). Xəstə qulaqda kəskin, şiddətli ağrı hiss edir və ağrı tədricən daha da güclənir.
Eyni zamanda, xəstənin ümumi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir, xəstə yeməkdən imtina edir, normal yata bilmir, miqrenə bənzər baş ağrılardan əziyyət çəkir. Qulağın arxa nahiyyəsi qızarır və şişir. Mastoidit olmuş qulağa toxunduqda xəstəyə əziyyət verir. Mastoiditin ən vacib əlaməti xarici qulaqdan davamlı olaraq qanlı ifrazatın axmasıdır.
Müalicəsi:
Xəstəliyin ilkin mərhələlərdə müalicə “Kəskin otitis media” müalicəsi ilə eynidır.
Əgər mastoidit müalicəyə tabe olmursa mütləq olaraq əməliyyat tövsiyyə olunur. Əks halda irinli proses, beyin daxili ağırlaşmalara və müalicəsi olmayan karlığa gətirib çıxara bilər.
Tərcümə