Mövsümi affektiv pozğunluq və ya mövsümi depressiya fəsillərin dəyişməsi nəticəsində yaranan psixoloji problemdir. Daha çox payız-qış aylarında rast gəlinsə də, bu hala yayda da müşahidə etmək olar.
İnsanlarda əhval dəyişikliyi qeyri-adi və ya anormal hal deyil. Bəzən kədərləndiyiniz və ya özünüzü yaxşı hiss etmədiyiniz günlər ola bilər. Bəzən bu əhval dəyişikliyi fəsillərin dəyişməsi ilə baş verə bilər və bu mövsümi depressiyanın əlaməti ola bilər. İnsanlar arasınsda bu psixoloji problemə tez-tez rast gəlinir və xüsusilə günlərin daha qısa, gecələrin uzun olduğu şimal bölgələrində yayğındır. Mövsümi depressiyanı müalicə etmək və simptomların şiddətini azaltmaq üçün bir çox yol var.
Mövsümi affektiv pozğunluq-mövsümi depressiya nədir?
Xalq dilində “Mövsümi Depressiya” olaraq bilinən bu xəstəlik növü, fəsillərin dəyişməsi ilə ortaya çıxan, kədər və depressiyadır. Bu, ən çox payız və qış aylarında, temperaturun düşməyə başladığı və günlərin qısalmağa başladığı vaxtlarda baş verir. Simptomlar mövsüm yaza və yaya qayıdanda özbaşına azalmağa başlayır. Əksər insanlar bu əhval dəyişikliyini təsvir etmək üçün “Qış depressiyası” ifadəsini işlədirlər. Zaman keçdikcə bu məsələ getdikcə daha intensiv araşdırmaların mövzusuna çevrildi və məlum oldu ki, şimal bölgələrində yaşamaq ilə mövsümi depressiya arasında aydın əlaqə var.
Qışda simptomlar daha tez-tez və şiddətli olsa da, bəzi insanlar yazın əvvəlində də mövsümi depressiya simptomlarilə qarşılaşırlar. Bu vəziyyət “Yay Mövsümü Affektiv pozğunluğu” kimi tanınır. Qış depressiyasının günəş işığının olmamasından, yay depressiyasının isə yuxu-oyanma dövrünə təsir edə bilən istilik, rütubət və işıq intensivliyindən qaynaqlandığı düşünülür. Məlumdur ki, “Mövsümi Depressiya” keçirən insanların təxminən 10%-i yayda bu depressiyanın öhdəsindən gəlməyə çalışır. Həm də müşahidə olunur ki, yay depressiyası daha isti iqlimi olan və bəlkə də kondisionerə çıxışı az olan ərazilərdə daha geniş yayılıb. Məsələn, Hollandiyada aparılan bir araşdırmada qış depressiyasının tezliyi 3%, yay depressiyasının nisbəti isə cəmi 0,01% olub. Digər tərəfdən, Taylandda aparılan bir araşdırmada yay depressiyasının tezliyi 6% təşkil edir.
Mövsümi depressiyanın əlamətləri
Mövsümi depressiyanın simptomları əsas depressiv pozğunluğun digər növləri ilə eynidir.
Yay depressiyasının simptomları isə aşağıdakılardı
Mövsümi affektiv pozğunluğunun müalicəsi
Mövsümi depressiyanın əlamətlərini yaşayırsınızsa, terapiya, dərmanlar və digər mübarizə strategiyalarını təyin etmək üçün bir mütəxəssislə məsləhətləşməlisiniz.
Qış depressiyasının simptomlarını aradan qaldırmağa kömək edən bəzi strategiyalar:
https://nevroloq.az/movsumi-depressiya-ve-ya-movsumi-affektiv-pozuntu/