Nazik bağırsaq keçməməzliyi əməliyyatdan sonra bağırsaq yapışıqlığı, həzm sistemi şişləri, yayılma (metastaz) verən şişlər,bağırsaq vərəmi, qrıja boğulması, Crohn xəstəliyi, poliplər, nazik bağırsaq dönməsi (volvulus), öd daşlarına bağlı keçməməzlik və s. səbəblərdən yaranır.
Ən çox nazik bağırsaq keçməməzliyi təşkil edən əməliyyatlar appendisit, yoğun bağırsaq əməliyyatları (kolorektal cərrahiyyə), ginekolojik əməliyyatlar, mədə və onikibarmaq bağırsağı əməliyyatlarıdır. Alt qarın bölgəsi əməliyyatlarının üst qarın bölgəsi əməliyyatlarına nisbətən daha çox nazik bağırsaq keçməməzliyinə səbəb olmaqdadır.
Klinikalara təcili olaraq edilən müraciətlərin 20%-i nazik bağırsaq keçməməzliyi səbəbi ilə müraciət olunur. Ümumi əhalidə nazik bağırsaq keçməməzliyi halı nisbəti 4% olaraq bildirilirməkdədir.
Səbəbləri
Əksər hallarda nazik bağırsaq keçməməzliyi təşkil edən əməliyyatlar appendisit, yoğun bağırsaq əməliyyatları (kolorektal cərrahiyyə), ginekolojik əməliyyatlar, mədə və onikibarmaq bağırsağı əməliyyatlarıdır. Alt qarın bölgəsi əməliyyatlarının üst qarın bölgəsi əməliyyatlarına nisbətən daha çox nazik bağırsaq keçməməzliyinə səbəb olmaqdadır.
Nazik bağırsaq keçməməzliyinin növləri
Nazik bağırsaq keçməməzliyi hallarının 40-% da boğulma və bağırsaq yapışıqlığı və ya bağırsağın mezenter adı verilən,bağırsağın yağlı toxuması ətrafında fırlanması nəticəsində inkişaf edir.
Nazik bağırsaq keçməməzliyi zamanı bağırsaqdakı dəyişikliklər
Bağırsaq keçməməzliyi olan hissənin üst hissəsindəki bağırsaqda genişlənmə olur və bu hissədə həzm sistemi ifrazatları və udulan hava toplanır. Bu bağırsaq genişlənməsi daha çox ifrazat edilməsinə xəbərdarlıq edir və yığılan mayelər getdikcə artır. Bunun nəticəsində keçməməzliyin həm üst hissəsində həm də alt hissəsində bağırsaq hərəkətləri artır,xəstə tez-tez və yumşaq bir şəkildə defekasiya aktı yerinə yetirmiş olur və qaz çıxardır. Üst hissələrdə olan bağırsaq keçməməzliklərində qusma baş verir, bu vəziyyət bağırsağı sıxışdıraraq bağırsaqdakı şişliyi daha da artırır.
Bağırsaq keçməməzliyi lazımi şəkildə müalicə edilməzsə, bağırsağın qidalanma pozğunluğu, nəticədə fəsadına (nekroz və ya çürümə) sonra da bağırsaq deşilməsi və peritonit adı verilən geniş qarın pərdəsi iltihabına səbəb olur. Bu mənzərə təcili olraq müalicə edilmədiyi təqdirdə ölümcül hal ortaya çıxar. İlk 36 saatda əməliyyat keçirilsə ölüm nisbəti 8-% ə qədər azalar və 36 saatdan sonra aparılan əməliyyat hallarında ölüm nisbəti isə 25-%ə qədər yüksələ bilər.
Nazik bağırsaq keçməməzliyinin başlıca əlamətləri
Nazik bağırsaq keçməməzliyi diaqnozu
Nazik bağırsaq keçməməzliyinin ağırlaşmaları
Nazik bağırsaq keçməməzliyi müalicəsi
Əvvəla, burundan mədəyə gedən bir cihaz (nazogastrik borucuq) yerləşdirilir və beləliklə nazik bağırsaqda toplanmış olan mayelər çölə çıxarılır. Bu cihaz orta hesabla 3 gün burada qalır. Bu müalicə ilə müvəffəqiyyət nisbəti 65-80% kimidir, nəticə əldə edilmədikdə isə əməliyyat planlaşdırılır.
Daha sonra serum taxılaraq xəstənin maye və duz əksikliyi qarşılanmağa çalışılır.
Yapışıqlıq kimi uyğun hallarda laparoskopik cərrahiyyənin rolu böyükdür. Ümumi tendensiya üç və ya daha çox sayda açıq qarın əməliyyatı (laparotomiya) keçirmiş xəstələrdə laparoskopik cərrahiyyə yerinə açıq əməliyyata üstünlük verilməsidir. Eyni şəkildə, radioloji görüntüləmə nəticəsində nazik bağırsaq diametrinin 4 cm-i keçməsi halında laparoskopiya yerinə açıq əməliyyata (laparotomiya) üstünlük verilir.
Xoş xassəli şişlərdə ideal müalicə uyğun şərait yaradıldıqdan sonra şişli hissənin çıxarılmasıdır.
İltihabı bağırsaq xəstəliyində yüksək dozada kortizon verilir və serum taxılır. Bu müalicə ilə nəticə əldə edilməməsi halında cərrahi əməliyyat seçilə bilər.
Boğulmuş qrıja halında, qrıja öz-özünə qarın içərisinə getsə, xəstə müşahidə altında saxlanılır və uyğun şərait yaranan zaman xəstəyə qrıja əməliyyatı tətbiq edilir, ancaq şərtlər buna imkan verməsə təcili olaraq qrıja boğulması səbəbilə əməliyyat aparılır.