Neyrofibromatoz (NF) müxtəlif sinirlər boyunca şişlərin böyüməsinə səbəb olan və əlavə olaraq sümük və dəri kimi qeyri-sinir toxumalarının inkişafına təsir edən genetik xəstəliklərdir.
Neyrofibromatoz (NF) iki növə bölünür: NF1 və NF2
Neyrofibromatoz 1 (NF1), və ya von Recklinghausen NF və ya periferik NF kimi tanınır və 3000 doğuşdan bir ortaya çıxır. Dəri və dəri altında çoxlu qəhvəyi ləkələr və neyrofibromalar ilə xarakterizə olunur. Sümüklərin genişlənmə və deformasiyasına və onurğanın əyilməsinə (skolioz) səbəb ola bilər. Nadir hallarda şişlər beyindaxilində, kranial sinirlərdə və ya spinal kordda (onurğa beyində) inkişaf edə bilər. NF'li insanların təxminən 50% -i öyrənmə əlilliyinə malikdirlər. Xəstələrin 50%-i spontan mutasiyalardan təsirlənir. Spontan mutasiya ana və ya atada NF xəstəliyi olmadığı təqdirdə uşağın NF xəstəliyi ilə doğulması vəziyyətidir. Xəstələrin digər 50%-i bu xəstəliyi valideynlərindən alır.
Neyrofibramatoz NF1 əlamətləri
Aşağıdakı meyarlardan 2 və ya daha çoxu olduğu halda NF-1 dən danışa bilərik.
Neyrofibromatoz 2 (NF 2) bilateral akustik NF (BAN) olaraq da bilinir, nadirdir və 40 min doğumda bir meydana gəlir. NF 2, kranial və spinal sinirlərdə çoxlu şişlər və beyin və onurğa beyinin digər lezyonları ilə xarakterikdir.
10-lu yaşlarda, 20-li yaşların əvvəllərində ortaya çıxan eşitmə itkisi adətən ilk simptomdur.
Neyrofibramatoz NF2 əlamətləri
Əgər sizin yaxud partnyorunuz NF2dirsə, bir mütəxəssislə əlaqə saxlamalısınız. Fərdlər aşağıda göstərilən simptomları daşıyırlarsa NF2 olaraq təyin olunur.
Bunlara əlavə olaraq
Meningioma, glioma, schwannoma, lenste juvenil posterior subkapsular opacities /juvenil kortikal kataraktda.
Bu əlamətlər sizdə varsa mütəxxəsisə müraciət edin!
https://behruzeyvazov.com/bloq/234-neyrofibromatoz-nedir--neyrocerrah