Neyrorevmatizm mərkəzi sinir sisteminin revmatik zədələnməsidir. Ən çox oynaqların və ürəyin zədələnməsi, ürək qüsurlarının inkişafı ilə baş verən revmatik xəstəlik həm periferik (sinirlər), həm də mərkəzi (beyin) sinir sisteminə təsir edə bilər. Periferik sinirlər zədələndikdə, nevrit və ya neyropatiya üçün xarakterik olan pozğunluqlar yaranır. Beyin zədələnirsə, revmatik meningit və ya ensefalit xəstəlikləri inkişaf edə bilər. Neyrorevmatizm əsasən uşaqlarda ən çox yayılmış forması ilə görülməkdədir.
Səbəbləri
Xəstəlikdən öncə adətən tez-tez boğaz ağrılarına, revmokarditə, revmatik oynaq zədələnməsinə rast gəlinir. Bəzən isə revmatizm, uşaqlarda "kiçik xoreya" ilə ilk təzahürünü göstərir. Xəstəlik 5-15 yaş arası, qız uşaqlarınnda iki dəfə çox rast gəlinir. 15-25 yaş arası, əsasən də qadınlarda təkrarlana bilər.
Əlamətləri
Xəstəlik çox zaman uşağın əsəbilik, diqqətsizlik, inadkarlıq və "şıltaqlığı", yuxu rejiminin pozğunluğu ilə özünü göstərir. Bu mərhələdə simptomlar qeyri-spesifik olduğundan diaqnoz qoymaq çətindir. Sonrakı hərəkət pozğunluqları - hərəkətlərin yöndəmsizliyi, qaşınma və hiperkinez (məsələn, burunu çəkmə, çiyinləri büzmə, əllərdə "narahatlıq") - artıq "kiçik xoreya" haqqında düşünməyə vadar edir.
Xəstəliyin başlanğıc mərhələlərində hiperkinez (qeyri-iradi hərəkətlər), uşağın paltarını soyunarkən aşkar edilə bilər ("soyunma simptomu"). Uşaq yazarkən, yeriyərkən və danışarkən ləngiyir və o, çəngəl və ya qaşığı əlindən salır.
Xəstəliyin ağır vəziyyətlərində xəstələr danışmağı dayandırırlar. Uşaqlar emosional stressə məruz qaldıqda, hiperkinez biraz da güclənir. Dilin və göz qapaqlarının xarakterik bir əlaməti - uşaq gözləri bağlı olan zaman dilini bayıra çıxara bilmir. Əzələ tonusu orta və ya əhəmiyyətli dərəcədə azalır; tendon refleksləri yoxdur. “Kiçik xorea” ilə həssaslıq pozğunluğu yoxdur. Daxili orqanlar və oynaqlar az təsirlənir. 50% hallarda xəstəlik adətən şiddətli boğaz ağrılarından sonra və xüsusilə payız-yaz mövsümlərində təkrarlanır.
Diaqnostikası
Neyrorevmatizmin diaqnozunu qoymaq həmişə çətindir. Bu xəstəlikdən şübhələnirsinizsə, nevroloq tərəfindən müayinə olunmalısınız.
Müalicəsi
Neyrorevmatizmin müalicəsi terapevtlə birlikdə nevroloq tərəfindən müəyyən edilir; Terapiya əsasən xəstəxana şəraitidə aparılır. Prosesin şiddəti azaldıqda xəstələrin müalicəsi sanatoriyada davam etdirilir. Ambulator şəraitdə neyrorevmatizmi olan xəstələr revmatoloqun daimi nəzarətində olmalıdırlar.
tercüme