Oleoqranuloma toxumaya daxil olan yad cismə cavab olaraq meydana gələn iltihablı şişdir (iltihabi dəyişiklik). Əvvəllər oleoqranuloma kişi cinsiyyət orqanına vazelin daxil edildikdən sonra orada əmələ gələn iltihablı dəyişikliklərə verilən ad idi (çox vaxt kişi cisiyyət orqanını böyütmək üçün istifadə olunur, lakin heç vaxt buna səbəb olmurdu). Hal-hazırda konsepsiyalar daha genişdir.
Niyə oleoqranuloma baş verir?
Yad cisimlər (vazelin, sintetik iplər, silikon və s.) ətraflarında məhdud olsa da iltihablı reaksiyaya səbəb ola bilərlər. Süd vəzinin oleoqranulomaları ən çox əməliyyatlardan sonra (sektoral rezeksiya, orqan qoruyucu əməliyyatlar, çox vaxt mastektomiyadan sonra) toxumaların tikiş materialına reaksiyası nəticəsində meydana çıxır.
Oleoqranuloma təhlükəli deyil və xərçəngə çevrilmir.
Diaqnostikası
Müayinə, ultrasəs, mamoqrafiya, sitoloji və ya histoloji müayinə əsasında aparılır.
Müalicəsi
Şişin çıxarılması. Oleoqranuloma konservativ müalicə edilə bilməz.
tercume