Bu gün gözəl, açıq təbəssüm uğurlu insan obrazının ayrılmaz hissəsidir. Axı biz təbəssümlə təkcə emosiyalarımızı ifadə etmirik, həm də insanları özümüzə cəlb edirik. Gözəl, füsunkar təbəssüm həm iş dünyasında, həm də şəxsi həyatınızda sizin və uşağınızın vizit kartına çevrilə bilər. Bir çox insanlar geniş şəkildə gülümsəməkdən utanırlar - bunun səbəbləri fərqli ola bilər - lakin əksər hallarda bu, qeyri-bərabər dişlərdir. Qeyri-bərabər dişlər və malokluziya müxtəlif psixoloji problemlərə və hər cür komplekslərə səbəb ola bilər.
Ortodontiya (yunanca orthos – düz, latınca dens, dentis – diş) qeyri-düzgün düzülmüş dişlərin düzəldilməsi, dişlərin yumulu ağızdakı duruşunun korreksiyası ilə məşğuldur. Hərfi tərcümədə ortodontiya ″düz, bərabər dişlər″ deməkdir. Ortodontiya dişlərin qeyri-düzgün duruş və ya qeyri-bərabər yerləşməsi kimi geniş yayılmış çənə-diş anomaliyalarını aradan qaldırmaqda insnalara yardım edir. Təəssüf ki, heç də hamı düz, bərabər və gözəl dişlərinin olması ilə fəxr edə bilmir.
İlk dəfə uşaqları həkim-ortodontis müayinəsinə 5-6 yaşlarında, süd dişlərini daimi dişlərlə əvəz etməzdən əvvəl aparmaq məsləhətdir. Valideynlər uşaqlarının çənələrinin düzgün və qeyri-bərabər inkişaf etməsindən məsuliyyət daşıyırlar, çünki uşağın "pis vərdişləri" adlanan şeylərə - barmaq əmmə, dodaq dişləmə, ağızdan nəfəs alma və s. diqqət yetirməlidirlər. Valideyinlər vaxtında bu cür problemlərə diqqət yetirsə və ortodontoloqa müraciət etsə, gələcəkdə ciddi dişləmə problemlərinin və ya uzun müddətli ortodontik müalicəsi tələb edən şeylərin qarşısını alacaqlar. Uşaqlarda (5-7 yaş) məsələn, udma və ya "pis vərdişləri" aradan qaldırmaq prosesində dilin fəaliyyətini optimallaşdırmaq kifayətdir və bu zaman dişləmənin normallaşdırılması prosesi kənar müdaxilə olmadan öz-özünə başlayacaqdır. Bunun üçün körpələrin çox sevdiyi əmziyi xatırladan bir cihaz taxmaq kifayət edəcək.
Breket-sistemləri
Breket-sistemlərin xüsusiyyəti ondan ibarətdir ki, bu sistemlər hər bir fərd üçün ayrıca hazırlanır. Müalicənin effektli olması və breketlərin ağızda rahat daşına bilməsi üçün, belə yanaşma mütləqdir. Ənənəvi breket-sistemlərlə yanaşı, diş əyriliklərinin düzəldilməsi sahəsində alternativ, müasir variantlar da tətbiq edilir. Ümumiyyətlə, əhalinin 60-80%-də yumulu ağızda dişlərin duruşu ilə bağlı əyriliklər müşahidə edilir və onların, təxminən, hər üç nəfərindən birinin ortodont müalicəsinə ehtiyacı vardır.
Dişlərin düzəldilməsinin ilkin mərhələsi breket-sistemlərin quraşdırılmasıdır. Breketlər metal, keramika, qızıl, yaxud sapfirdən düzəldilə bilər. Hər bir konkret halda ortodont aparatı fərdi qaydada seçilir. Müalicənin son mərhələsi isə, dişlərin ortodontiyada tətbiq edilən xüsusi cihaz (reteyner) vasitəsilə düzəldilmiş vəziyyətdə saxlanmasından ibarətdir.
Düzəldilməyən diş əyrilikləri tez-tez karies, parodont kimi xəstəliklərə, dişlərin erkən itirilməsinə gətirib çıxarır, gələcəkdə isə, protez qoyularkən əlavə çətinliklərə, eləcə də gicgah-aşağı çənə oynaqlarında dəyişikliklərə səbəb ola bilər. Bundan başqa, qeyri-bərabər dişlər ünsiyyət zamanı psixoloji problemlər də yarada bilər.Sözügedən əyriliklərin vaxtında və peşəkar həkim-ortodont tərəfindən düzəldilməsi sayəsində, orqanizminizdə baş verməsi mümkün olan bir çox pozuntuların profilaktikası həyata keçirilmiş olacaq.
Breket-sistemlərin geniş seçimi mövcuddur:
Bir daha təkrar edək ki, bu gün gözəl, açıq təbəssüm uğurlu insan obrazının tərkib hissəsidir. Əgər hər hansı bir səbəbdən bu hal valideynləriniz nəzərindən qaçıbsa, bunu özünüzün etməsi də heç vaxt gec deyil. Bu gün ortodontiyada yaş məhdudiyyəti yoxdur. Yalnız ağız boşluğunun vəziyyəti və bəzi ümumi xəstəliklər buna maneə ola bilər.
https://implantolog.az/az/ortodentia/
Tercume