Osteoartroz – artritin ən geniş yayılmış formalarındandır. Faktiki olaraq 60 yaşdan yuxarı bütün insanlarda osteoartrit rast gəlinir, amma hazırda cavanlar arasında da tez-tez rast gəlinir. Xəstəlik oynağın normal strukturlarının mexaniki dağılması, oynaq kapsulasının və qığırdağının zədələnməsi nəticəsində yaranır. Osteoartroz əsasən iri oynaqları – diz oynaqlarını, bud-çanaq oynaqlarını və onurğa sütununu zədələyir. Əl oynaqlarının da zədələnməsi rast gəlinir.
Oynaq necə zədələnir?
Oynaq — sümüklərin hərəkətli birləşməsidir. Oynaq ətrafdan oynaq kapsulası ilə əhatə olunmuşdur. Oynaq başı və oynaq çuxuru nazik hialin qığırdaq qatı ilə örtülüdür, hansı ki, bu qığırdaqda sinir ucları və qan damarları yoxdur. Hərəkət zamanı qığırdaq amortizator funksiyasını yerinə yetirir, sümük səthlərinə təzyiqi azaldır və oynaq başının oynaq çuxurunda rahat sürüşməsini təmin edir. Oynağı təşkil edən sümüklər öz aralarında vətər və bağlar vasitəsilə birləşiblər, nəticədə sümüklərin hərəkət zamanı düzgün istiqamətdə yerdəyişməsi təmin olunur. Oynaq ətrafdan oynaq kapsulası ilə əhatə olunmuşdur. Oynaq kapsulu daxildən nazik sinovial qişa ilə örtülüdür, bu qişa oynaq boşluğuna oynaq mayesi ifraz edir. Oynaq mayesi hialin qığırdağın qidalanmasını təmin edir və hərəkət zamanı oynaq səthlərinin sürtünməsinə mane olur. Sinovial qişanın iltihabı (sinovit), oynaq boşluğuna qansızma (hemartroz) nəticəsində oynaqda degenerativ-distrofik və iltihabi proses baş qaldırır.
Osteoartroz zamanı ilkin dəyişiklik – hamar hialin qığırdaq səthində yumşalma və üzərində çökəkliklərin və ulduzvari zədələnmələrin yaranmasıdır. Artrit proqressivləşdikcə oynaq səthini örtən qığırdaq getdikcə nazikləşir, dağılır və nəticədə sümük səthləri qorunmur.
Oynaq səthi öz sürüşkənliyini itirdiyindən oynaqda hərəkət zamanı ağrı və hərəkət məhdudluğu yaranır. Oynaq qığırdağı getdikcə dağılmaya məruz qaldığından, oynaq kənarlarında sümük çıxıntıları yaranır. Nəticədə oynaq deformasiyaya uğrayır, formasını dəyişir.
Osteoartrozun səbəbləri
Osteoartrozun əlamətləri
Osteoartroz çox vaxt simptomsuz və ya az simptomlarla müşayiət olunur (hətta oynaqda rentgenoloji dəyişikliklər görünsə də). Oynaqda kəskin ağrılar uzunmüddətli stabilləşmə periodu ilə növbələşə bilər. Əksər xəstələrdə istirahətdən sonra azalan ağrılar müşahidə olunur. Xəstələrdə aşağıdakı simptomlar müşahidə oluna bilər:
Osteartrozun diaqnostikası
Osteoartrozun spesifik diaqnostik testi yoxdur. Osteoartrit zamanı digər növ artritlərdən fərqli olaraq qanda iltihabi dəyişikliklər olmur. Oynağın ümumi baxışı və müayinəsi aparılır. Rentgenoloji, maqnit-rezonans tomoqrafik müayinə diaqnoz qoymağa kömək edir.
Osteartrozun müalicəsi
Müalicə ilə xəstəliyin inkişaf dərəcəsini azaltmaq mümkündür. Müalicədə xəstəliyin hansı mərhələdə olması, hansı oynaqları zədələməsi, müşayiət edən xroniki xəstəliklər, yaş, xəstənin peşəsi nəzərə alnmalıdır.
Müalicəyə daxildir:
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/osteoartroz-45103