Main

OTOMİKOZ

Otomikoz bir sıra göbələklərin səbəb olduğu bir qulaq infeksiyasıdır. Otomikoz əsasən qulağın xarici hissəsini zədələyən bir infeksiyadır. Qulaq göbələyinə adətən Aspergillus və ya Candida kimi göbələklər səbəb olurlar. Actinomyces, Phycomycetes ve Rhizopus göbələkləri də nadirən də olsa bu infeksiyaya səbəb ola bilirlər.

Bu göbələklərin çoxusu çevrəmizdə və ya ətrafımızda mövcuddurlar və çox asan insanlara təmas edə bilirlər,ancaq hamıda qulaq göbələyi olmaz. İnfeksiyalara qarşı həssas olan insanlar xüsusən də zəif immun sisteminə sahib insanlar ya da şəkərli diyabetdən əziyyət çəkən xəstələr rahatlıqla qulaq göbələyi ilə yoluxa bilərlər.

Otomikozun səbəbləri:

  • Çirkli su (əsasən də çirkli sularda üzmək)
  • Uzun müddətli antibakteriyal dərmanların istifadəsi
  • Çok tez-tez duş alma ilə
  • Tropik iqlim (isti və rütubətli iqlim qulaq göbələklərinin büyüməsini sürətləndirir)
  • Qulağı təmizləmək üçün qulaq içinə salınan müxtəlif əşyalar
  • Qulaq kanalında görünən zədənmələr

Otomikozun əlamətləri

  • Qulaq ağrısı
  • Xarici qulaq keçəcəyində qızarma
  • Qulaq qaşıntısı
  • Qulaqda şişmə
  • Qulaqdan qara,ağ ya da sarımtıl rəngli maye axması
  • Qulaqda dolğunluq ya da tıxanma hissi
  • Qulaq yolunun tıxanması
  • Xarici qulaq keçəcəyinin daralması

Otomikozun müalicəsi

Müalicə xəstənin ümumi vəziyyətini, xəstəliyin xüsusi klinik mənzərəsini və göbələk növünü nəzərə alaraq ciddi şəkildə fərdi olur. Göstərişlərə görə desensibilizasiya müalicəsi təyin edilir.