Main

Oynaqların kontrakturası

Kontraktura dedikdə, oynaqların hərəkət məhdudiyyəti başa düşülür. Anadangəlmə və qazanılmış kontrakturalar vardır. Anadangəlmə kontrakturalar nadir halda olub, əyripəncəlilik şəklində meydana çıxır. Qazanılma kontrakturalara daha çox rast gəlinir. Bu cür kontrakturalar daha çox travma və oynaqların xəstəlikləri nəticəsində meydana çıxır.

Oynaq kontrakturanın səbəbləri

Kontrakturalar dərinin və dərialtı toxumanın və digər toxumaların dəyişməsi nəticəsində yarana bilər. Bunlar yanıqlar, xəsarətlər və iltihabi proseslərdən sonra əmələ gələn geniş daralan çapıqlar şəklində; əzələlə qısalması və ya dəyişməsi, daha ağrılı bir proses kimi (uzun müddət davam edən irinləmə, çöküntülər ilə əzələ iltihabı və s.) müxtəlif ağrılı proseslər və ya zədə nəticəsində oynağın yumşaq toxumalarının (bağların, oynaqların kapsulunun və s.) qırışması nəticəsində sümük sınığı) və s. proseslər şəklində meydana çıxır.

Oynaq kontrakturanın simptomları

Kontrakturaların kliniki vəziyyəti xəstənin yaşından, baş vermə səbəbindən və təsirlənmiş oynaqdan asılı olaraq fərqlənir. Kəskin iltihabi proseslərdə kontraktura sürətlə inkişaf edir. Xroniki patoloji proseslərdə daha az kəskin şəkildə özünü göstərir. Anadangəlmə kontrakturada isə, təsirlənmiş əzələ inkişafdan geri qalır.

Oynaq kontrakturaların müalicəsi

Müalicə zamanı terapevtik məşqlər, mexanoterapiya, fizioterapiya (parafin, termal prosedurlar, palçıq), dartma, kontrakturanın tədricən məcburi korreksiyası üsulları və s. təyin olunur.

Konservativ müalicə uğursuz olarsa, cərrahi müdaxiləyə müraciət edirlər (çapıqların kəsilməsi, vətərlərin kəsilməsi, toxuma qüsurlarının plastik üsullarla dəyişdirilməsi və s.).

Kontrakturanın müalicəsində yaxşı təsir əldə etmək üçün xəstə özü də böyük səy göstərməlidir o, tez-tez oynağını hərəkət etdirərək ağrıları azaltma çalışmalıdır.

tercume