Main

Pediküloz Pubis (Qasıq Bitlənməsi)

Pediküloz pubis (Qasıq bitlənməsi), qasıq bitlərin yaratdığı spesifik parazitar dəri xəstəliyidir. Belə qasıq bitləri əsasən genital bölgədə (pubis, perineum, skrotum), anusdakı tüklərin və qoltuq tüklərini arasında yerləşir. Səbəbi, apokrin vəzilərinin çox hissəsinin bu ərazilərdə yerləşməsidir və vəzlərdən gələn xüsusi qoxu hissinə bu bitlərin yönəlməsidir. Pubik pediküloz az hallarda, qaşlara, bığ hissəyə, kirpiklərə və saçlara təsir göstərirlər.

Qasıq pedikulyozun səbəbləri

Çox vaxt pubik bitlər cinsi əlaqə yolu ilə ötürülür, bitlər bir adamdan o birinə sıçramaqla yoluxurlar.

Araşdırmaya görə, bir insandan qopan bit yalnız bir gündən çox yaşamır, lakin sürfələr təxminən bir həftə canlı qala bilirlər. Beləliklə, dəsmal və ya yataq dəstləri, paltarlar vasitəsilə qasıq pedikulyozla yoluxa bilərsiniz. Hamam, hovuz, solaryum və hətta tualetlərdə də infeksiyaya yoluxmaq mümkündür.

Qasıq bitləri o qədər spesifikdir ki, onlar yalnız insanlarda parazitlik edirlər və heyvanlardan onlara yoluxmaq mümkün deyil.

Qasıq pedikulyozun simptomları

Əvvəlcə heç bir simptom olmur, inkubasiya dövrü başlayır, lakin qasıq bitləri artıq insan bədəninə yerləşmişdir. İnkubasıya dövrü, təxminən bir ay davam edir.

Sonra bir sıra simptomlar görünür. Əsasən, bitlərin yaşadığı hissədə dəri qaşınmasının olmasıdır. Bu ümümilikdə, qasıq bölgəsində olan qaşınmadır, lakin bu qaşınma bədənin digər hissələrində, məsələn, bud, gövdə (bədəni çox tüklü insanlarda) saqqal,bığ hissələrinə də yayıla bilər. Bəzən insan qaşınmanı belə hiss etməz ama xüsusən gecələr belə qaşınma dözülməz hala gələ bilər. Xəstə dərini qaşımağa başlayır və dəri qıcıqlanır və qızarır. Belə olan halda cızılmış dəridə ekzema meydana gəlir və ikincili infeksiyalar cızıqlarla nüfuz edir.

Həmçinin, qasıq pedikulyozun digər əlaməti dəridə 1 sm diametrə qədər mavi və ya kölgəli, tez zamanda yoxa çıxan ləkələrin görüntüsüdür. Bu mavi kölgələr bitlər tərəfindən qan əmilməsi və ya tüpürcək vəzilərinin sekresiyasının çökməsi nəticəsində yaranan kiçik qanaxmalardan nəticəsində meydana çıxır.

Qasıq pedikulyozun simptomlarına allergik səpgilər də daxildir. Qasıq pedikulyozun qeyd-şərtsiz əlaməti dəri və ya alt paltarında qasıq bitlərinin, eləcə də onların sürfələrinin aşkarlanmasıdır.

Qasıq pedikulyozu necə müalicə etmək olar

Qasıq pedikulyozu local üsulla müalicə olunur. Antiparazitar şampunlar, məlhəmlər, kremlər və ya məlhəmlər istifadə olunur. Eyni zamanda cinsi yolla ötürülən xəstəliklərin olub olmadığını yoxlanılır.

Yataq paltarları və alt paltarları yaxşıca yuyulmalı və ütülənməlidir.

Qasıq tüklərini qırxmaq tövsiyyə olunur.

Paltarları, yumşaq mebelləri, yataq dəstlərini, döşəkləri emal etmək lazımdır - onlarla təmasda olduqda yenidən xəstələnə bilərsiniz.

Qasıq bitlərin müalicəsinin təsiri bütün qaydalara təməl etdikdə çox yüksəkdir.

Qasıq pedikulyozun qarşısının alınması

Şəxsi gigiyenaya riayət etmək və təsadüfi cinsi əlaqədən qaçınmaq.