Piedra (lichen nodosum) – trixosporoz, tüklərdə məskunlaşan və tüklərin gövdəsində nizamsız qara və ya ağ düyünlər əmələ gətirən yoluxucu səthi göbələk xəstəliyidir. Piedra xəstəliyinə ən çox isti ölkələrdə rast gəlinir.
Səbəbləri
İnfeksiya, xəstəlik daşıyıcısının, daraqlarından və ya papaqlarından istifadə etməklə ötürülür. Xəstəliyə təsir edən amillər tərləmə, nəmlik, saçın yağlanması, tozlanma, sıx saç düzümü və xəz papaqlar geyinməkdir. Bütün bunlar patogenin inkişafı üçün əlverişli şərait yaradır.
Simptomları
Xəstəlik saçda daşlı düyünlərin ortaya çıxması ilə xarakterizə olunur. Bakteriyalar follikula nüfuz etmədən saçın yalnız xarici hissəsinə təsir edir, nəticədə təsirlənmiş saçlar kövrəkləşmir, tökülmür və kəskin iltihablı proseslər əmələ gəlmir.
Piedranın ağ və qara növləri mövcuddur.
Qara piedrada tünd rəngli xırda strukturlar saç, qaş, kirpik və saqqal nahiyəsindəki tüklərə yerləşərək saç gövdəsi boyunca nizamsız qara nöqtə düyünlər əmələ gətirir. Bu klinik mənzərənin törədicisi "Piedraia hortae" filamentli göbələkdir. Eyni amil uşaqlarda əllərin içində və ayaq altlarında qəhvəyi ləkələr şəklində müşahidə olunur.
Ağ piedrada eyni əalmətlər müşahidə olunur, yalnız tüklərin üzərindəri düyünlər ağ rənglidir. Bu klinik mənzərənin amilləri Trichosporon mayaları T. beigelii, T. asahii, T. ovoides, T. inkin, T. mucoides, T. asteroides və T. cutaneumdur. Saçın üzərinə işıq döşdükdə və rəngindən asılı olaraq bu düyünlər açıq qəhvəyi görünə bilər. Ağ piedra kişilərdə daha tez-tez müşahidə olunur, saqqal, bığ, baş dərisinə, qasıq və qoltuq bölgələrinə təsir göstərir.
Müalicəsi
Müalicə 3 gün ərzində baş dərisinə 1-2% civə-salisilik məlhəm sürtməkdən, 4-cü gün isə saçın tar sabunu ilə yuyulmasından ibarətdir. Prosedur 2-3 dəfə təkrarlana bilər. Əgər civəyə qarşı dözümsüzlük varsa, Wilkinson məlhəmindən istifadə edə bilərsiniz. Piedra düzgün müalicə ilə tamamilə müalicə edilə bilər.
Profilaktikası
Başqalarının papaqlarından və ya daraqlarından istifadə etməmək, sıx saç düzümü etməmək, saçları un və digər tozlarla çirkləndirməmək, saçları sıxan bandajlar taxmamaq, saç üçün zərərli olan lak və məlhəmlərdən istifadə etməmək tövsiyə olunur. Piedra tez-tez qadınlara və gənc qızlara təsir etdiyi üçün onlar sınaqdan keçirilməmiş parik, şinyon və ya papaq taxmamalı, saç gigiyenasına riayət etməlidirlər.
tercume