“Pişik cırmağı” xəstəliyi pişiklərin cırmağı nəticəsində yoluxa bilən infeksion bir xəstəlikdir. Bu xəstəlik pişiyin təkcə cırmalaqması ilə deyil, pişiyin dişləməsi, pişik bitləri və gənələr tərəfindən də yoluxula bilinər.
Xüsusilə bu tip şikayətlər yay aylarında daha çox görülür. 5-14 yaş arası yaş qrupunda daha çox rast gəlinir. Əslində bu bir bakterial infeksion xəstəlikdir. Pişik cırmağı xəstəliyinə “Bartonella Henselae” adlı bakteriyalar səbəb olur. Bu xəstəliyi yoluxduran pişiklərin əksəriyyəti sağlam görünürlər. Pişiklərin 40%-i həyatları zamanı bu bakteriyaların daşıyıcıları olsalar da, onların xəstəliklərinin heç bir klinik əlaməti özünü büruzə vermir. Bala pişiklər arasında daha çox rast gəlinir. Ən çox infeksiyalaşmış sahələr pişiyin çirkli dırnaqları və dişləri hesab edilir.
Xəstəliyin əlamətləri
Pişiyin cırması və ya dişləməsindən sonra infeksiyanın inkişafına xəstənin yaşı, yaranın tipi və yeri, müalicəyə başlama vaxtı təsir edən faktorlar arasında əsas yeri tutur. Pişiyin cırması və ya dişləməsindən təqribi 3- 14 gün ərzində zədələnən sahədə dəri toxumasında qabarıqlaşma və içərisi irinlə dolu şişkinliklər görülə bilər. Dəridə görülən bu əlamətlər əsasən 1-3 həftə davam edə bilər. Dəridəki bu əlamətlərdən sonra, pişik cırmaladığı tərəfdə limfa vəzilərinin böyüməsi müşahidə olunur. Əsasən qoltuq altında, boynunda və ya qasıqda limfa vəzilərində şişkinlik və ya ağrı olur. Bu şişkinlik aylar, bəzən də 1-2 ilə qədər də davam edə bilər. Hətta bu şişliklərdən bəzən axıntı da ola bilər.
“Pişik cırmağı”xəstəliyi bir sıra klinik əlamətlərlə özünü büruzə verə bilər. Bu əlamətlər aşağıdakılardır:
“Pişik cırmağı”xəstəliyi nadir hallarda ağırlaşmalara da səbəb ola bilər. Bunlar aşağıdakılardır.
“Pişik cırmağı” xəstəliyində diaqnoz serolojik testlərlə və PCR ilə qoyulur.
Müalicəsi
1 yaşdan kiçik olan uşaqlar bu infeksiyaya qarşı daha da həssasdılar. Xüsusən 5 yaşdan kiçik olan uşaqlar və immun sistemi zəif olan insanlara müalicə zamanı diqqətli yanaşılmalıdır. “Pişik cırmağı”xəstəliyi, immun sistemi sağlam olan adamlarda heç bir müalicə edilmədən 2-6 həftə içində sağalır. Pişik cızıqlarını sabunla və axan su ilə yuyun. Yaranın və ətrafının tam təmizləndiyinə əmin onun. Pişiklərin yaralarınızı yalamağa icazə verməyin. Ağrılı limfa vəziləri ola biləcəyindən ağrı kəsicilər istifadə oluna bilinər.
Yaranın yüksək vəziyyətdə saxlanması ödemin inkişafının azaldığının göstəricisidir. Bütün uşaqların peyvənd cədvəlinə diqqətlə baxılıb və kontrol edilməlidir. Xüsusən difteriya- göy öskürək- tetanus peyvədinin bütün dozların tam edildiyinə əmin olunmaldır.
Qızdırma (əsasən 38.9⁰ C keçərsə) və böyük limfa vəziləri olan uşaqlara antibiotik başlanıla bilinər. Limfa vəziləri şişkinlikləri uzun müddət davam edərsə, bu şişkinliklər əməliyyat ilə çıxarıla bilər.
Müalicə immun sistemindən və xəstəliyin vəziyyətindən aslı olaraq həkim tərəfindən müəyyənləşdirilir.