Main

Portal hipertenziya

Portal hipertenziya portal damarlarda, qaraciyər damarlarında və aşağı vena kavasında qan axınının pozulması nəticəsində yaranan portal vena sistemində təzyiqin artması sindromudur.

Qarın, mədə, dalaq və pankreasdan gələn damarlar venoz sistemə axır. Venoz sistem öz növbəsində kapilyarlara bölünür. Damarların tıxanması nəticəsində, qan dövranı pozulur və yüksək təzyiq yaranır.

Təzyiq çox yüksək olarsa, qan axını ürəyə çatmaq üçün başqa "dolama" yolları tapır. Bunun nəticəsində qan yemək borusunun, düz bağırsağın və s. damarlarına axa bilər.

Portal hipertenziyanın səbəbləri

Portal hipertenziyanın yaranmasının əsas səbəbi sirrozdur. Siroz - hepatit, spirtli çki qəbulu, siqaret və digər xəstəliklərin səbəb olduğu qaraciyər toxumasında fibrotik dəyişikliklər nəticəsində yaranır. Siroz zamanı lifli toxuma qaraciyərə qan axınına maneə törədir.

Portal hipertenziyanın digər səbəblərinə damarlarda qan laxtalanması, qaraciyərdən ürəyə qan daşıyan damarların tıxanması və parazitar infeksiyalar daxildir. Bəzi hallarda xəstəliyin səbəbini müəyyən etmək olmur.

Portal hipertenziyanın simptomları

Portal hipertenziyanın alovlanması həmişə simptomların görünüşü ilə müşayiət olunmur. Ancaq sirroza səbəb ola biləcək hər hansı bir qaraciyər xəstəliyi varsa, portal hipertenziya şansı artır. Portal hipertenziyanın əsas simptomları bunlardır:

  • mədə-bağırsaq qanaxması: qara nəcis, qusma;
  • asit: qarın boşluğunda maye yığılması;
  • ensefalopatiya: şüurun bulanması, qaraciyərin düzgün işləməməsi səbəbindən yaddaşın pozulması;
  • ağ qan hüceyrələrinin sayının azalması: trombositlər qan laxtalarının meydana gəlməsini təşviq edir, ağ qan hüceyrələri infeksiyaya qarşı müqavimət göstərir.

Portal hipertenziyanın diaqnozu

Adətən, həkimlər müayinə zamanı aşkar edilən astsit və ya genişlənmiş damarlar əsasında bu xəstəliyin diaqnozunu qoyurlar. Rentgen, endoskopik müayinələr təyin olunur.

Portal hipertenziyanın müalicəsi

Xəstəliyin müalicəsinə dərman preparatları, endoskopik müalicə və bəzi hallarda qaraciyər transplantasiyası aiddir.

tercume