Hamiləliyin doqquz ay davam etdiyi bildirilsə də, hamiləlik həftələrlə, günlərlə izlənilir. Təxmini doğum tarixi son menstruasiyanın ilk günündən etibarən 40 həftə və ya 280 gün olaraq hesablanır. Qadınların yalnız 4 faizi (25-dən 1-i) proqnozlaşdırılan tarixdə doğum edir. Hamiləliyin normal müddəti 37-42 həftədir ki, bu da "term" adlandırılır. Uzunmüddətli hamiləlik adlanan “Postterm” hamiləlik, son menstruasiyanın ilk günündən etibarən 42 həftə və ya 294 gündən çox davam edən hamiləlikdir. Hamiləliklərin 10 faizinin postterm olduğu aşkar olunmuşdur.
Təsdiq tarixi - hamiləliyin həqiqətən postterm olub olmadığını müəyyənləşdirmək üçün vacib hesab olunur. Dəqiq hamiləlik müddəti, hamiləliyin erkən dövründə müəyyən edilir. Müntəzəm menstruasiya olan qadınlarda doğum tarixi, adətən son menstruasiya (SAT) və fiziki (pelvik) müayinə əsasında etibarlı şəkildə hesablana bilər.
Menstrual dövrü uzun və ya qeyri-müntəzəm olan qadınlarda yumurtlama müddətinin dəyişməsi, son menstruasiya əsasında hamiləliyin faktiki müddətinin hesablanmasında səhvlərə səbəb ola bilər. Bu vəziyyət körpənin doğum tarixinin tez və ya gec təxmin edilməsinə səbəb ola bilər.
Əgər menstruasiya müntəzəm deyilsə və ya SAT ilə bağlı qeyri-müəyyənlik varsa, qadının uşaqlığının ölçüsü onun son menstruasiya tarixinə görə gözləniləndən böyük və ya kiçikdirsə, dölün yaşı və təxmin edilən doğum tarixi ən yaxşı şəkildə ultrasəs (USM) nəticələrinə əsasən təxmin edilə bilər. Bu proqnoz hamiləliyin erkən dövründə (təxminən 20 həftəlik hamiləlik) verildikdə daha doğru sayılır. Hamiləliyin son yarısında aparılan ultrasəs müayinələri dölün yaşını və doğum tarixini qiymətləndirmək üçün daha az etibarlıdır.
Yanlış müəyyən edilmiş hamiləlik müddəti, gecikmiş hamiləliyin ən çox yayılmış səbəbidir. Doğru tarix qoyulan hamiləliklərdə postterm hamiləliyin səbəbi hələki məlum deyil. Postterm hamiləliyik ilk dəfə hamilə olanlarda və əvvəlki hamiləlikləri postterm olan qadınlarda daha çox rast gəlinir. Burada genetik faktorların da rolu vardır. Hətta araşdırmalara görə, postterm doğulan qadının özünün də postterm doğum etməsi riski daha yüksəkdir.
42 həftədən çox davam edən hamiləlik döl və ana üçün müəyyən risklər daşıyır.
Döl üçün risklər:
Doğulduqdan sonra bu körpələr fərqli bir görünüşə sahib olur. Onların qolları, ayaqları uzun və nazik, dəriləri quru və perqament kimi olur, bəzən soyulur və mekonium ilə ləkələnir. Dəri xüsusilə bud və omba bölgələrinda sallaq görünə bilər. Baş dərisinin tükləri daha uzun və ya qalın, dırnaqları uzun olur. Onlar ümumiyyətlə çox ayıqdırlar və "geniş gözlü" bir görünüşə sahibdirlər.
Postterm körpələrin uzun müddətli böyümə, inkişaf və zəka kimi xüsusiyyətləri araşdırıldığında, onların vaxtında doğulan körpələrlə oxşar xüsusiyyətlərə sahib olduğu müşahidə edilmişdir.
Ana üçün risklər
Ana üçün risklər böyük döllərin ölçüləri ilə əlaqələndirilir. Bu, doğuş zamanı çətinliklər və vaginal doğuş zamanı perineumun (vagina, labia və düz bağırsaq daxil olmaqla) zədələrinin artması ilə müşayiət olunur. Artan qanaxma infeksiya və ətrafdakı orqanların zədələnməsinə səbəb olur, həmçinin keysəriyyə əməliyyatı olunmasına ehtiyac duyulur.
Prenatal fetal monitorinq:
Əksər hallarda həkim, vaxtını keçmiş dölün sağlamlığı haqqında məlumat verən bəzi müayinələr tövsiyə edəcək. Bu müayinələr hamiləliyin 41-ci həftəsində və ya ondan sonra başlayır. Bir çox mütəxəssis, amniotik mayenin həcminin ölçülməsi də daxil olmaqla həftədə iki dəfə müayinə etməyi məsləhət görür. Müayinə zamanı fetal monitor (nonstress testi) və ya ultrasəs USM (biofiziki profil) cihazi vasitəsilə dölün ürək döyüntüsü və fəaliyyəti müşahidə edilir.
Əgər 20 dəqiqə ərzində dölün ürək döyüntüsünün iki və ya daha çox artması "sürətlənmələr" baş verərsə, test etibarlı "reaktiv" sayılır. 40 dəqiqəlik monitorinqdən sonra bu artımlar müşahidə olunmazsa, əlavə testlər tələb oluna bilər.
Hər bir komponent ayrıca qiymətləndirilir. Normal olduqda 2 bal, normal deyilsə 0 bal. Bu kriteriyalara baxılaraq hər bir meyar üçün 0 və ya 2 xal verilir və cəmi 8 və ya 10 bal isə dölün vəziyyəti yaxşı qiymətləndirilir. 6 və az xal alınan hallarda döldə bir sıxıntı halı ola bilər.
Amniotik mayenin həcmi biofiziki profil üçün vacib bir parametrdir. Çünki amnotik mayenin azlığı, cift dövranının çatışmazlığının göstəricisi ola bilər. Amniotik mayenin səviyyəsi qısa müddətdə, hətta bir neçə gün ərzində azala bilər.
Doğumu stimullaşdırmaq
Postterm hamiləlikdə doğum üçün uyğun vaxt təyin etmək bəzən çətindir. Həkim və qadın hamiləliyin davam etdirilməsinin risk və faydalarını, prenatal müayinələrin nəticələrini və uşaqlıq boynunun vəziyyətini (uterusun vajinaya açılan aşağı hissəsi) nəzərə almalıdırlar. Normalda uşaqlıq boynu hamiləliyin sonuna doğru genişlənməyə və incəlməyə başlayır. Uşaqlıq boynu incəlməmiş və genişlənməyə başlamamış qadınlarda doğuşun başlaması daha uzun çəkir.
Əgər doğuşun induksiyası tam genişlənməzsə və uşaqlıq boynuna təsir edərsə və ya körpənin tez doğuşunu tələb edən fəsadlar yaranarsa, adətən keysəriyyə əməliyyatı aparılır.