Prostatit, prostat vəzində infeksiya vəya iltihaba səbəb olan faktorlarlarla əlaqədar olaraq yaranan bir xəstəlikdir. Ağrı, yanma, sidik ifrazının pisləşməsi, sidiyin tam boşalmaması (damcı sidik qalma hissi), sidik ifrazında yanma, tez-tez sidiyə çıxmaq, gecələr sidiyə çıxmaq, bel ağrısı, yorğunluq və.s şikayətlərə səbəb olan prostatit, kişilərin həyat keyfiyyətini önəmli dərəcədə azaldır və təxminən hər 10 kişidən 4-ü prostatitdir.
Prostatit, prostat vəzinin iltihabı zamanı istifadə olunan ümumi bir termindir. İltihab isə infeksiya və digər faktorlarla əlaqədardır. Prostat yalnız kişilərdə olan bir vəzidir, düz bağırsağın önündə, sidik kisəsinin altında yerləşir. Yetişkin kişidə çəkisi 20-25 qr-dır. Eninə bir çıxıntı ilə iki hissəyə ayrılır, ön hissə sidik kisəsi ilə əlaqədardır və prostatik uretra (arxa sidik kanalı) keçir (sidiyin çıxarılmasını təmin edir), arxa hissədən hissə toxum çıxarıcı kanal (sperma daşıyan kanal) keçir.
Prostatın vəzifəsi - prostat bir vəzidir. Eynı zamanda orqanizmin ikincili cinsi orqanıdır. Ən önəmli vəzifəsi eakulyatın (spermanın) 30-35% təşkil edərək onun həcmini artırır və sulandırır. Beləliklə ifraz olunan eakulyatın həcmini artıraraq spermanın daşınması asanlaşır və mayalanmanı asanlaşdırır. Prostat şirəsində pH 6,5 olur və süd rəngində xüsusi bir iyə malik olan mayedir. Prostat yeniyetmə dövrünə qədər fəal olmur, bu dövrdə aktivliyi artmağa başlayır və 25 yaşa qədər artır, daha sonra isə fəaliyyətində yavaş-yavaş azalma qeyd olunur.
Prostat iltihabı zamanı mikroblar bir başa və ya qan vasitəsilə gəlirlər. Prostatit xəstələrini dəyərləndirmək və müalicə etmək bir o qədər də çətinlik törətmir, lakin ən önəmli xəstəliyin diaqnozunu və klassifikasiyasını təyin etməkdir. Xəstələrin böyük bir qismi müalicənin effekt verməməsi, pelvik ağrı (çanaq və aralıqda-ayaqların arasında) ilə müraciət edirlər. Xəstələrin əksəriyyəti artan və azalan ağrı, sidik ifrazının pozulması, ağrılı və çətinliklə cinsi əlaqədə olmaq və.s şikayətlərlə müraciət edirlər. Ümumiyyətlə, prostatit gənc kişiləri narahat edən bir xəstəlikdir. 50 yaşdan aşağı kişilərdə ən çox qoyulan uroloji diaqnozdur, 50 yaşdan böyük kişilərdə isə 3-cü ən çox uroloji diaqnozdur. Kişilərin 25% -i həyatlarının hər hansı bir dövründə prostatit simptomları olduğunu söyləyirlər.
Prostatitin səbəbləri
Prostatitin ümumi simptomları
Çox saylı araşdırmalar ilk simptomun ağrı olduğuni bildirir.Bu ağrı çanaq,aralıq,qasıq,xaya,penis və cinsi əlaqədə boşalma zamanı,sidik ifrazı vaxtı və.s nahiyələrdə və hallarda olur,kəskin hallarda temperaturun yüksəmləsi,sidik ifrazının təzyiqinin (sürətinin), spermanın atılmasının sürətinin azalması müşahidə olunur.Cinsi pozğunluqlara da səbəb olur( ereltil disfunksiya, erkən boşalma və.s)
Prostatitin növləri
Prostat iltihabı (prostatit) 4 növdə olur:
Kəskin bakterial prostatit
Xəstəliyin ən az lakin ən ciddi formasıdır. Əsasən 50 yaşdan gənclərdə olur. Yaranmasında bakteriyalar (mikroblar) rol oynayır.
Əlamətləri:
Diaqnozu:
Diaqnoz sidiyin müayinəsində leykositlərin artması, hematuriya (sidikdə qanın olması), bakteriuriya (mikrobların olması), prostat şirəsinin müayinəsi, rektal müayinə (prostatın ödemli-şişkin olması), USM (ultrasəs müayinəsi) və xəstənin şikayətləri əsasında qoyulur.
Kəskin prostatitlər yaxşı müalicə edilməzsə prostat absesi yarana bilər. Prostat absesi kəskin bakterial prostatitin ağırlaşmasıdır. Şəkər xəstəliyi (diabetes mellitus) zamanı daha çox rast gəlinir. Rektal (düz bağırsaqdan) USM və ya KT (kompüter tomoqrafiya) ilə dəqiqləşdirilir.
Xroniki bakterial prostatit
Bu halda da bakteriyalar (mikroblar) rol oynayır. Əlamətləri kəskin bakterial prostatitə yaxındır, lakin bir qədər sakit halda. Bəzən prostat vəzidəki kalsinatlar (daşlar) bakteriyaları özlərinə çəkərək xəstəliyin yaranmasında rol oynayırlar. Xroniki prostatit çox kişidə var, əlamətlər zəif olduğu üçün bir o qədər də narahat etmir, lakin müayinə zamanı aşkar olunur. Uzun müddətli xroniki prostatit cinsi funksiyaların zəifləməsinə səbəb olur.
Bakterial olmayan prostatit (xroniki çanaq ağrı sindromu)
Prostat xəstəliklərində ən çox görülən növüdür.Bu xəstəlik kişilərin həyat keyfiyyətinə (yaşama qabiliyyətini) uzun müddət mənfi təsir edərək cinsi funksiyaların azalmasına səbəb olur. Səbəbi bilinmədiyi üçün diaqnozu və mülicəsi çətin olan bir prostatit növüdür. Bu halda xəstəliyi tamamilə aradan qaldırmaq deyil, şikayətlərin rahatlaması ən önəmli məqsədlərdəndir.
Simptomsuz prostatit (hər hansı bir şikayət olmadığı halda, prostatit olması) xəstəliyin bu formasında heç bir şikayət olmaz, lakin laborator və klinik müayinələr nəticəsində prostat olduğu görülür. Sidik ifrazı pozulmalarının və ağrının az olduğu müşahidə olunur. Xəstələr əsasən 20-45 yaşlar arasında olur. Prostat şirəsinin müayinəsində infeksiya (mikrob) və leykositlər olmur. Bu xəstələrdə psixoloji problemlər çox rast gəlinir. Bu prostatitdə antibiotiklər effektli olmur.
Prostatitit diaqnozunda ən önəmli iki addım, oxşar şikayətlərə səbəb olan digər halların inkar edilməsi və hansı növ prostatitinizin olduğunu müəyyən etməkdir. Bunun üçün əvvəlki müalicələriniz, keçirdiyiniz digər infeksiyalar, cinsi həyatınız və digər şikayətləriniz önəmlidir. Ardından fizik və rektal müayinə aparılmalıdır.
Prostatit müalicəsi
Prostatitin müalicəsində son illərdə olan aparılmış araşdırmaların nəticəsi olaraq 4 təməl müalicə prinsipi vardır: