Qalaktosele – süd vəzinin möhtəviyyatı südlü maye olan kistasıdır. Kiçik ölçülü kistalar simptomsuz gedir; ölçüləri böyüdükdə isə süd vəzində diskomfort və orqanın deformasiyası meydana çıxır; törəmə infeksiyalaşdıqda intoksikasiya əlamətləri prosesə qoşulur. Qalaktoselenin diaqnostikasında anamnez, şikayətlər və süd vəzilərinin obyektiv müayinəsi həyata keçirilir. İnstrumental metodlardan USM, MRT, mammoqrafiya və duktoqrafiya tətbiq olunur. Kiçik kistalar müalicə tələb etmir; böyük ölçülü törəmələr cərrahi üsulla (süd vəzinin punksion sklerozlaşdırılması və ya rezeksiyası) kəsilib çıxarılır.
Qalaktosele barədə ümumi məlumat
Qalaktosele (süd vəzisinin piy tərkibli kistası) – xoşxassəli tipik retension törəmədir. Seroz möhtəviyyatlı retension kistalardan fərqli olaraq yağ kistası təmiz və ya şəklini dəyişmiş südlə (pendirvari, yağlı və ya sabunlaşmış kütlə) doludur. Xəstəlik ana südü ilə qidalandırma ilə birbaşa əlaqəlidir; döşlə qidalandıran qadınlarda daha çox diaqnostika olunur. Yağlı kista tez-tez hamilə və laktasiyanı 8-10 ay əvvəl dayandırmış qadınlarda əmələ gəlir. Belə kista çox nadir hallarda kişilərdə və pubertat dövründə olan qızlarda da inkişaf edir. Mammologiyada yağlı kistaların rastgəlmə tezliyi qadınlarda bütün süd vəzi şişlərinin 0,5%-ini təşkil edir.
Qalaktoselenin səbəbləri
Xəstəlik süd axarlarının natamam keçiriciliyi nəticəsində inkişaf edir və süd axınının pozulmasına və ya süd durğunluğuna gətirib çıxarır. Qalaktoselenin səbəbləri müxtəlifdir və hər bir klinik halda xəstəliyin etiologiyasını müəyyənləşdirmək çətindir. Süd vəzilərinin axarlarının keçiriciliyinin pozulmasına səbəb olan əsas faktorlar aşağıdakılardır:
Qalaktoselenin patogenezi
Xəstəlik uzun müddət ərzində inkişaf edir; nəticədə törəmənin ölçüləri tədricən böyüyür və diametri 8-10 sm-ə çatır. Etioloji faktorun təsiri süd axınının pozulmasına gətirib çıxarır; bu isə qalaktoselenin inkişaf mexanizmində əsas məqamdır. Südün vəzidən xaric olması pozulduğundan axarın genişlənməsi baş verir və həmin nahiyədə süd toplanır. Yağlı kistanın divarları kimi axarın epitellə örtülmüş divarları çıxış edir. Epitelial hüceyrələr isə öz növbəsində düzləşir; onlar arasında məsafə qısalır. Bu, hüceyrələrarası və hüceyrədən kənar maye mübadiləsini pozur. Axarda toplanmış sekret toxumaarası mayeyə absorbsiya etmək xüsusiyyətinə malik deyil; toxumaarası maye isə genişlənmiş axara daxil ola bilmir. Bu proseslər südün laxtalanmasını artırır; əmələ gəlmiş laxta isə axını daha da blokada edir və qalaktoselenin formalaşmasına gətirib çıxarır.
Qalaktoselenin təsnifatı
Kistalar tək və çoxsaylı ola, bir və ya hər iki süd vəzində lokalizasiya oluna bilər. Ağırlaşmaların olub-olmamasından asılı olaraq ağırlaşmış (süd vəzilərinin irinləmiş yağlı kistası) və ağırlaşmamış kistalar ayırd edilir. Kistanın möhtəviyyatının tərkibi qalaktoselenin davamiyyətindən asılı olaraq dəyişir. Beləliklə, möhtəviyyatının tərkibinə görə kistaların aşağıdakı formaları ayırd edilir:
Qalaktoselenin simptomları
Xəstəlik, xüsusən inkişafın başlanğıc mərhələsində simptomsuz gedir. Kiçik qalaktoseleli qadınlar özlərini tamamilə sağlam hiss edirlər; xəstəlik süd vəzilərinin USM-ində təsadüfən aşkarlana bilər. Belə ki, proses ləng proqressivləşir, uzun müddət vəzin minimal diskomfortunu belə törətmir. Patologiyadan döşlə qidalandırma zamanı şübhələnmək olar. Bu zaman körpə əmdikdə nəzərə çarpan çətinliklər meydana çıxır, bir süd vəzilə qidalandıqda ac qalır; vəzidə isə südün miqdarı normal qalır. Böyük ölçülü qalaktosele süd vəzisinin formasını dəyişir, orqanı sıxan paltarlar geydikdə ağrı yaradır. Kista menstruasiyanın əvvəlində, hormonların təsirindən ölçüləri böyüdükdə xüsusən dəqiq müəyyən olunur. Ağırlaşmamış hallarda qadının ümumi vəziyyəti pozulmur.
Qalaktoselenin ağırlaşmaları
Kosmetik defektdən – süd vəzinin nəzərə çarpan deformasiyasından başqa daha ciddi ağırlaşmaların inkişafı mümkündür. İnfeksiyaların kista boşluğuna düşməsi nəticəsində qalaktosele irinləyir, vəzin absesi və ya irinli mastit formalaşır. Kistoz törəmənin irinləməsi intoksikasiya əlamətləri (bədən temperaturunun yüksəlməsi, ümumi vəziyyətin pisləşməsi (zəiflik, süstlük), iltihab nahiyəsində dərinin hiperemiyası, süd vəzilərində pulsasiya edən ağrılar, qoltuqaltı limfa düyünlərinin böyüməsi) ilə müşayiət olunur.
Süd vəzilərinin irinli prosesi cərrahi müdaxilə, antibiotiklərin təyinini və uşağın süd vəzindən kənar tutulmasını tələb edir. Qalaktoselenin cırıla və fistullar formalaşa bilər. Uzun müddət mövcud olan yağlı kista maliqnizasiya edə bilər, lakin törəmənin xərçəngə keçməsinə çox nadir hallarda (1,5%-ə qədər) rastlanır.
Qalaktoselenin diaqnostikası
Xəstəliyin diaqnostikası xüsusi çətinlik törətmir. Qalaktosele həkim-mammoloq tərəfindən aşkarlanır. Bunun üçün aşağıdakı metodlardan istifadə olunur:
Xəstəlik xoşxassəli (fibroadenoma, lipoma) və bədxassəli (süd vəzi xərçəngi) törəmələrlə differensiasiya olunur. Bu xəstəlikləri istisna etməkdə cərrah və onkoloq kömək edir.
Qalaktoselenin müalicəsi
Kiçik ölçülü (<10 mm) törəmələr olduqda müalicə təyin olunmur, yalnız dinamik müşahidə tələb olunur. Qalaktoselenin müalicəsi yalnız onun ölçüləri 10 mm-dən böyük olduqda və ağırlaşmalar (kistoz törəmənin irinləməsi və ya tamlığının pozulması) meydana çıxdıqda vacibdir. Müalicə aşağıdakılardan ibarətdir:
Qalaktoselenin proqnoz və profilaktikası
Müalicə vaxtında aparıldıqda sağalma və həyat üçün proqnoz kafidir. Profilaktika süd vəzilərinin qadının özü tərəfindən müntəzəm müayinəsi və həkim nəzarətindən, döşlə qidalandırma qaydalarının təşkili və onlara riayət olunması, bədənin həddən artıq soyumasının və KRVİ ilə yoluxmanın qarşısının olunması, süd vəzilərinin gigiyenasına (alt paltarının hər gün dəyişilməsi, hər dəfə qidalandırmadan əvvəl və sonra orqanın yuyulması) əməl olunması, hər qidalandırmadan sonra vəzin sağılmasından ibarətdir. Bundan başqa, döş giləsi çatlarının əmələ gəlməsinə imkan verməmək, stressi dəf etmək, su və qidalanma rejimi normallaşdırmaq lazımdır. Qalaktoselenin inkişafının qarşısının alınmasında alt paltarının düzgün seçilməsi, süd vəziləri üçün hava vannaları və xüsusi məşqlər kömək edir.