Hepatoz –maddələr mübadiləsi pozuntusu ilə əlaqədar olan qaraciyər xəstəliklərin ümumi adıdır. Bu xəstəlik qaraciyərin əsas hüceyrələri olan hepatosidlərin sıradan çıxmasının ilkin mərhələsidir. Piy hepatozunun digər adları – qaraciyər piylənməsi, steatoz, qaraciyərin piy distrofiyasıdır.
Piy distrofiyası iki tipə bölünür
Hər iki halda orqanın zədələnmsi piy damcılarının hepatositlərə yığılması nəticəsində baş verir.
Qaraciyər hepatozunun yaranma səbəbləri
Tədqiqatçılar qaraciyər hepatozunun əsas yaranma səbəbi kimi insulin rezistentliyinin (əzələ və ağ piy toxumasının insulinə qarşı həssaslığı) aşağı düşməsini göstərirlər.
Piy hepatozunun əmələ gəlməsinin daha bir səbəbi - bağırsaq mikroflorasının pozulması da sübut olunub.
Piy hepatozu – qaraciyərin geniş yayılmış xroniki xarakterli patologiyasıdır. Xəstəliyin erkən yaşlarda inkişaf etməsi də müşahidə olunur. Buna səbəb uşaqlarda artıq çəkinin olmasıdır.
Qaraciyər hepatozunun əlamətləri
Qaraciyər hepatozu özünü aşağıdakı əlamətlərlə büruzə verir:
Qaraciyər hepatozunun diaqnostikası
Piy hepatozunun diaqnostikası əsasən, ultrasəs müayinəsi (USM) vasitəsilə həyata keçirilir. O cümlədən, kompüter tomoqrafiyası və maqnitorezonans tomoqrafiyası tətbiq olunur.
Qaraciyər hepatozunun müalicəsi
Qaraciyərin piy hepatozu bir sıra mübadilə proseslərinin pozulması ilə əlaqədardır. Ona görə də xəstəliyin müalicəsi patologiyanın yaranmasına səbəb olan faktorların aradan qaldırılmasına yönəldilir.