Qiqant hüceyrəli arterit, böyük və orta ölçülü qan damarlarının iltihabı ilə irəliləyən bir vaskulit, yəni arteriyaların iltihabıdır. Ən çox təsirlənən damarlar baş dərisinin və başın arteriyalarıdır. Ürəkdən çıxan böyük arteriya olan aorta və onun budaqları, xüsusən də gicgahların (temporal bölgə) üzərindəki arteriyalar daha tez-tez təsirlənir, buna görə də xəstəlik "temporal arterit" kimi də tanınır.
Qiqant hüceyrəli arterit əsasən yaşlı insanlar arasında yaygındır. Xəstəliyin orta başlanğıc yaşı 70 yaşdır. Xəstələrin 65%-i isə qadınlardır.
Səbəbləri
Qiqant hüceyrəli arterit xəstəliyinin səbəbləri məlum deyil. Xəstəliyin genetik meyl, eləcə də ətraf mühit faktorları (əvvəlki infeksiyalar, siqaret çəkmə) səbəbindən meydana gəldiyi iddia olunur. Bu zaman yuxarıdakı səbəblərdən otoimmün mexanizmləri işə salaraq (immunitet sistemi öz toxumalarına hücum edir) inkişaf etdiyi düşünülür.
Əlamətləri
Xəstəlikdən tez-tez baş və başın damarları təsirləndiyi üçün bununla bağlı şikayətlər çox olur. Xəstələr çox zaman yeni yaranan baş ağrısından şikayətlənirlər. Ağrı adətən gicgah bölgəsindən başlayır və bəzən bütün başı əhatə edir. Baş dərisində həssaslıq hiss olunur. Yorğunluq, iştahsızlıq, kilo itkisi və ya qripə bənzər şikayətlər baş ağrısı ilə müşayiət olunur. Çeynədikdə və ya danışarkən çənədə ağrı və yorulmalar ola bilər. Bəzən yeganə simptom səbəbsiz qızdırmadır. Dil, üz və boyun ağrıları daha az rast gəlinən şikayətlərdəndir. Gözü qidalandıran qan damarı təsirlənirsə, əvvəlcə müvəqqəti, sonra isə daimi görmə itkisi baş verə bilər. Vaxtında müalicəyə başlamaqla bu fəsadın qarşısını almaq mümkündür.
Qiqant hüceyrəli arterit 50 yaşdan yuxarı insanlara təsir göstərir. Xəstəlik 70-80 yaşlarda pik həddə çatır. Beləliklə, qiqant hüceyrəli arterit yalnız yaşlıları sevir. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir (qadın/kişi=3,7). Ağ dərili irqdə digərlərinə nisbətən daha çoxdur. Tezlik: 200/100 000. Siqaret çəkənlərdə isə risk 6 dəfə yüksəkdir.
Diaqnostikası
Xəstəliyi göstərmək üçün xüsusi bir test yoxdur. Eritrositlərin çökmə sürəti çox yüksəkdir. Leykositlərin və trombositlərin sayında artım və iltihabın göstəricisi olan C-reaktiv zülalda artım var. Ancaq bunların heç biri xəstəliyə xas deyil.
Xəstənin şikayətləri ilə yanaşı, birtərəfli və ya ikitərəfli temporal arteriya nəbzləri təsbit edilə bilmir, düyünlər və ağrılar xəstəliyi düşündürən müayinə tapıntıları arasındadır. Başın yan tərəfindəki temporal arteriyaların ultrasəsi aparıla bilər. Müsbət olarsa, bu, qiqant hüceyrəli arteriti təklif edə bilər; əyər diaqnoz pozitivdirsə bu xəstəlik, aterosklerozla inkişaf edən damar strukturunun pozulmasından yaxşı fərqləndirilməlidir. Ancaq, mənfi bir test diaqnozu istisna etmir və diaqnoz temporal arteriyanın biopsiyası ilə təsdiqlənir. Bundan əlavə aortoqrafiya, angioqrafiya da təyin olunur.
Müalicəsi
Qiqant hüceyrəli arterit şübhəsi varsa, görmə itkisi riski səbəbiylə müalicəyə mümkün qədər tez başlanmalıdır. Temporal arteriya biopsiyası müalicənin ilk həftəsində aparılmalıdır. Müalicə yüksək dozada kortikosteroidlərlə başlayır. Baş ağrısı aradan qalxdıqca və çöküntü dərəcəsi kimi iltihab tapıntıları normala qayıtdıqda, steroid dozası yavaş-yavaş azaldılır. Steroid dozasını daha asan azaltmaq üçün müalicəyə metotreksat, lefluanamid və ya tosiluzimab kimi xəstəliyi modifə edən dərmanlar əlavə edilir. Müalicə adətən 1-2 il ərzində tamamlanır. Nadir hallarda, müalicə dayandırıldıqdan sonra təkrarlana bilər. Müalicə müddətini uzatmaqla bu problemi aradan qaldırmaq olar. Bəzən görmə itkisi kimi ağır nəticələrlə müraciət edən xəstələrdə yüksək dozalı steroid müalicəsinə pulse siklofosfamid əlavə edilə bilər.
Profilaktikası
Nəhəng hüceyrə arteriti olan xəstələr yaşlı xəstələrdir. Onlarda adətən şəkərli diabet və hipertoniya kimi xəstəliklər olur. Yüksək dozalı kortikosteroid terapiyasının yan təsirləri səbəbindən xəstələrdə, əlavə xəstəliklər də kəskinləşir. Qan şəkəri və təzyiqi yaxından izləmək lazımdır. Yüksək dozada kortikosteroidlərin bəzi digər yan təsirlərinə əsəbi əhval-ruhiyyə, çəki artımı, mayenin tutulması, infeksiyaya qarşı həssaslıq, əzələ zəifliyi, artan saç böyüməsi, katarakt, qlaukoma, avaskulyar sümük nekrozu və dərinin incəlməsi və ya göyərməsi daxildir.
Kortikosteroid müalicəsi sümük itkisinə səbəb ola bilər, buna görə də həkiminiz sizdən sümük sıxlığı testi keçirməyinizi istəyə bilər; osteoporoz və sınıq riskindən qorunmaq üçün kalsium, maqnezium və D vitamini əlavələri qəbul etməyi tövsiyə edir.
Həkiminizin tövsiyə etdiyi qidalanma və idman proqramlarına əməl etməklə kortizon müalicəsinin yan təsirlərini minimuma endirmək mümkündür. Bundan əlavə, kortizon dozası zamanla azaldıqca, yan təsirlər də azalacaq. Duzun miqdarını azaldın və ya hətta istifadə etməyin. Rafine un və şəkərdən uzaq durun. Zülalla zəngin pəhriz yeyin və aşağı glisemik indeksli karbohidratlar tükədin (bu, qan şəkərinizi az yüksəldir). Omeqa-3 ilə zəngin bir pəhrizlə bəslənin. Gluteni hərtərəfli azaldın. Bağırsaq mikrobiotanızı yaxşılığa doğru dəyişdirən sağlam qidalanma haqqında məlumat əldə edin və onu həyata keçirməyə çalışın.
Aktiv həyat tərzi keçirin. Düz yürüşlər və Tai-Chi kimi orqanizmi balanslaşdıran hərəkətlər etməyiniz məsləhətdir.
Özünüzü infeksiyalardan qorumaq üçün sətəlcəm və qripə qarşı peyvəndlərə laqeyd yanaşmayın.
https://www.romatizmahastaliklari.com/dev-hucreli-arterit-temporal-arterit
-dan tercume