Main

Qızılca

Qızılca geniş yayılmış, əsasən uşaqlara təsir edən kəskin yoluxucu virus infeksiyasıdır. Lakin qizilca peyvəndi ilə bunun qarşısını almaq mümkündür. Xəstəliyin törədicisi Rubeola adlı virusdur.

Qızılca Əlamətləri
Rubeola virusu tərəfindən yaradılan qızılca, əsasən hava-damcı yolu ilə yayılır Xəstəlik, adətən xəfif keçsə də, hamilə qadınlarda doğulacaq körpəyə ciddi təsir edə bilər. Bu səbəbdən, qızılcadan qorunmaq üçün ən mühüm addım peyvənd olunmaqdır.Qizilca xəstəliyinin ilk əlamətləri, quru öskürək, burun axması, yüksək hərarət və dəridə qızarmış səpgilərin olması ilə xarakterizə olunur. Qızılca səpgisindən əvvəl ağızda kiçik qırmızı ləkələr (Koplik ləkələri) müşahidə olunur. Səpkilər adətən simptomların başlanmasından 3-5 gün sonra görünür və yüksək hərarətlə müşayiət olunur. Infeksiya alın hissəsində düz qırmızı ləkələrlə başlayır, sonra üz, boyun, bədən, qol və ayaqlara yayılır. Bir neçə gündən sonra qızdırma və səpgilər yox olur.

Xəstəlik bitdikdən sonra sağalanlar ömürlük toxunulmazlığı saxlayırlar. Qızılca keçirən insanda xəstəliyin təkrarlanması halları olduqca nadirdir. Əksər "təkrar" hallar, məxmərək virusunun təzahürlərinin qızılca simptomları ilə səhv salınması ilə izah olunur. Qızılca keçirmiş analardan doğulan uşaqlar 4 və ya hətta 6 aya qədər xəstəliyə qarşı davamlı qalırlar, çünki bu müddət ərzində onların qanında qoruyucu ana anticisimləri qalır. Xəstəlik adətən qışın sonunda baş verir. Xəstəlik ən çox uşaq qruplarında (uşaq bağçaları, məktəbin aşağı sinifləri) tez yayılır. Qızılca uşaqlarda geniş yayılmış xəstəlikdir.

Digər qızılca əlamətlərinə aşağıdakıları misal olaraq göstərə bilərik:

  • Bədəndə səpgilər: Qızılcanın ən bariz əlaməti bütün bədənə yayılan qırmızı və ya çəhrayı rəngli səpgilərdir. Səpkilər adətən üzdən başlayır və bədənin qalan hissəsinə yayılır.
  • Qızdırma: Usaqlarda qızılca əlamətləri adətən qızdırmanın olması ilə başlayır. Qızdırma adətən yüngül və ya orta dərəcədə ola bilər.
  • Baş ağrısı: Qızılca xəstəliyinin əlamətlərindən biri də baş ağrısıdır. Baş ağrısı adətən səpkilərin başlama vaxtına təsadüf edir.
  • Gözlərdə qızartı: Qızılca gözlərin qızarmasına, işığa qarşı həssaslığa və gözün qıcıqlanmasına səbəb ola bilər.
  • Limfa düyünlərində şişkinlik: Rubeola infeksiyası boyunda və ya qulaq arxasında yerləşən limfa düyünlərində şişməyə səbəb ola bilər.
  • Oynaq ağrıları: Bəzi hallarda, xüsusən də yeniyetmələrdə və böyüklərdə oynaq ağrısı ola bilər.
  • İştahsızlıq: Usaqlarda qızılca əlamətlərindən biri də iştahsızlıqdır. Xəstələr adətən yemək yeməkdən və ya iştahanın azalmasından şikayət edirlər.
  • Ümumi zəiflik və yorğunluq

Qızılca xəstəliyinin ağırlaşmaları

Xəstəliyin mürəkkəb olmayan formalarında tez-tez ağırlaşmalar olsa da ölüm halları az olur. Qızılca xəstəliyinin ağırlaşmaları aşağıdakı ardıcıllıqla yerləşdirilir:

  • orta qulağın iltihabı (otit);
  • mastoidit (temporal sümüyün mastoid prosesinin iltihabı);
  • bronxopnevmoniya;
  • servikal limfa düyünlərinin iltihabı;
  • laringit;
  • ensefalit.

Qızılcanın müalicəsi

Qızılca çox yoluxucudur və qızılca peyvendi olunmayan hər 10 nəfərdən 9-u yoluxmuş şəxslə təmasda olduqda xəstəliyə tutulur. Virus, yoluxmuş şəxs asqırdıqda və ya öskürəndə hava damcıları ilə yayılır. Qizilcaya məruz qalan şəxs adətən 7-14 gündən sonra simptomlar göstərməyə başlayır. Qızılca olan insanlar səpgilərin başlamasından 4 gün əvvəl xəstəliyi yaya bilər. Qızdırma, burun axması və öskürək olduğu müddətdə onlar ən çox yoluxucu olurlar. 
Qızılcanın müalicəsi üçün xüsusi müalicə yoxdur. Simptomları yüngülləşdirmək üçün yoluxmuş usaqlarda qızılca çoxlu maye qəbul etməli, kifayət qədər istirahət etməli və infeksiyanın yayılmasının qarşısını almaq üçün məktəbdən və ya uşaq baxçasından uzaq durmalıdır. Qızdırma olduqda, uşağı rahatlatmaq üçün həkim məsləhəti ilə qızdırma salıcı dərmanlar istifadə edilə bilər.
Qulaq infeksiyası, ishal, pnevmaniya, ensefalit kimi ağırlaşmalar yarana biləcəyi üçün qızılcalı uşaqlar həkim tərəfindən yaxından izlənilməlidir. Səpkilər göründükdən sonra dörd gün ərzində uşağınızı başqalarından uzaq tutmaq son dərəcə vacibdir. İmmuniteti zəif olanlar tam sağalana və bütün simptomlar yox olana qədər təcrid olunmalıdırlar.
Qızılca infeksiyası və əlaqəli ağırlaşmalar bir neçə həftə davam edə bilər. Uşaqları qızılcadan qorumağın ən təsirli yolu peyvənddir. Qızılca-məxmərək-suçiçəyi (MMR) peyvəndləri vaxtında mütləq vurulmalıdır.
Xüsusilə körpələr, hamilə qadınlar və immun sistemi zəif olanlar üçün qizilca peyvəndi şərtdir.

https://saglamaile.az/infolab/tibbi-melumatlar/qizilca-ve-qizilca-elametleri/

tercume