Main

REVMATİK XOREYA

Revmatik xoreya, hərəkətlərin tənzimlənməsində iştirak edən beynin serebral yarımkürələrinin dərinliklərində yerləşən strukturların, beyin damarlarının zədələnməsi zamanı baş verən sindromdur. Xəstəliyin nəticəsində nəticəsində beyin toxumasının qidalanması pozulur.

Səbəblər

Xəstəlik əsasən revmatizm və endokarditin kəskinləşməsi ilə sıx əlaqəlidir, bu da ürək klapanlarına təsir göstərir. Beyin nüvələrində, xüsusən də zolaqlı cisimdə iltihabi və degenerativ dəyişikliklər baş verir. Xəstəlik uşaqlarda, çox zaman da qızlarda ilin soyuq aylarında anqina və ya qripdən sonra baş verir.

Simptomları
Xəstəlik yavaş-yavaş, tədricən inkişaf edir və başqaları tərəfindən dərhal fərq edilmir. Uşaqlar şıltaq və əsəbi olur, baş ağrılarından, ayaqlarda ağrılardan şikayətlənirlər.

Bir neçə gündən sonra simptomlar sürətlənir və ya digər simptomlar ortaya çıxır. Tez tez gözqırpma, udmanın, çeynəmənin, yerişin çətinləşməsi müşahidə olunur. Xəstə yeriyərkən qollarını güclü şəkildə yellədir, barmaqları ilə müxtəlif qəribə hərəkətlər edirlər.
Bu xoreik hərəkətlər nizamsız olub əldə, ayaqda, başda və ya gövdədə görülə bilər. İfrat dərəcədə jestikulyasiyalar, qrimaslar müşahidə olunur. Xəstə ayaq üstə dayana və yeriyə bilmir, bəzən nitq təkanvari hal alır. Xəstəliyin ağırlaşması hallarında xəstə bir dəqiqə sakit dayana bilmir – çırpınır, üzünü buzüşdürür və qışqırır. Xəstədə tendon refleksləri azalır.

Müalicəsi
Belə uşaqlarda revmokardit mövcudluğu mütləq araşdırılmalı və lazım gələrsə müalicə nevroloqun, kardioloqun və revmatoloqun birgə nəzarəti ilə aparılmalıdır.

tercume