Revmatoid artrit – birləşdirici toxumanın naməlum mənşəli autoimmun xəstəliyidir. Xroniki eroziv artrit (sinovit) və daxili orqanların sistem zədələnməsi ilə müşayiət olunur.
Revmatoid artritin klassifikasiyası:
Kliniki mərhələyə görə təsnifat:
Xəstəliyin aktivlik dərəcəsinə görə təsnifatı: remissiya, aşağı, orta və yüksək dərəcəli aktivlikli növləri var.
Rentgenoloji mərhələyə görə təsnifat:
I – oynaq ətrafı osteoporoz;
II – oynaq ətrafı osteoporoz + oynaq yarığının daralması, tək-tək eroziyalar ola bilər.
III - əvvəlki mərhələnin əlamətləri + çoxsaylı eroziyalar + oynaqda yarımçıxıqlar;
IV - əvvəlki mərhələnin əlamətləri + sümük ankilozu.
Funksional siniflər:
I sinif – xəstə özünə qulluq etməyi bacarır, peşəsi üzrə fəaliyyət göstərir.
II sinif - xəstə özünə qulluq etməyi bacarır, qeyri peşəsi üzrə fəaliyyət göstərir, öz peşəsi üzrə fəaliyyəti məhduddur.
III sinif - xəstə özünə qulluq etməyi bacarır, peşəsi və qeyri-peşəsi üzrə fəaliyyəti məhdudlaşıb.
IV sinif – xəstə özünə qulluq etməkdə çətinlik çəkir, peşəsi və qeyri-peşəsi üzrə fəaliyyəti məhdudlaşıb.
Xəstəliyin əlamətləri:
Əllərin kiçik oynaqlarında palpasiya və hərəkət zamanı ağrı, şişkinlik, səhərlər oynaqlarda hərəkət məhdudluğu, əlləri yumruq şəklində sıxmaqda çətinlik çəkmək, hərəkət zamanı ayaqlarda ağrı, tez yorulma, ümumi halsızlıq, çəkidə azalma, bədən temperaturunun yüksəlməsi, QSİƏ preparat qəbulundan sonra vəziyyətinin yaxşılaşması, revmatoid düyünlər, əllərdə “ulnar deviasiya” (adətən xəstəlik başlandıqdan 1-5 il sonra yaranır), proksimal falanqalararası oynaqların bükülməsi və ya «qu quşu boynu» (proksimal falanqalararası oynaqlarda açılma), diz oynaqlarında: bükücü və valqus deformasiyalar, Beyker kisti, ayaqlarda: daraq-falanqa oynaqlarında yarımçıxıq, tibial deviasiya, baş barmağın deformasiyası, onurğa sütununun boyun şöbəsində: atlas-aksial oynaqda yarımçıxıq, onurğa beyninin və onurğa arteriyasının kompressiyası, bağ aparatı və sinovial qişada: mil-bilək oynağında və əldə tendosinovit, dirsək oynağında bursit müşahidə olunur.
Xəstəliyin oynaqdan kənar əlamətləri:
Kardiovaskulyar və ağır infeksion ağırlaşmalar xoşagəlməz proqnozlardandır.
Əlavə diaqnostik müayinələr:
Laborator müayinələr: nəcisdə gizli qanın təyini, bilirubin, xolesterin, cinsi yolla keçən infeksiyaların İFA (xlamidiya), hepatit B və C, Rayt-Hedelson reaksiyası, QİÇS, qanda ikispirallı DNT qarşı antitel (dsDNA), antinuklear autoantitellərin təyini (ANA), qanda kalsiumun, qələvi fosfatazanın təyini, sinovial mayenin analizi.
İnstrumental müayinələr: çanaq sümüklərinin və digər sümüklərin rentgeni, EQDS, qarın boşluğu orqanlarının və böyrəklərin USM, densitometriya, sutkalıq proteinuriyanın təyini, arteriyaların ultrasəs dopleroqrafiyası, qalxanvari vəzin USM, sümük-oynaq sisteminin kompüter tomoqrafiyası.
Ağırlaşmalar:
Xəstəliyin müalicəsi:
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/revmatoid-artrit-44997