Şah damar olaraq tanıdığımız karotis arteriya (yuxu arteriyası) darlıqları, həyati təhlükə daşıyan ciddi sağlamlıq problemləridir. Əsasən 50 yaş üstü, şəkər xəstəliyi və yüksək təzyiqi olan, siqaret çəkən şəxslərdə rastlanır. Əsas əlamətləri üzdə və qolda keyimə, başgicəllənmə, nitqin, eşitmə qabiliyyətinin və başa düşmənin pozulmasıdır.
Şah damar tıxanıqlığına vaxtında müdaxilə mütləq olmalıdır.
Belə ki:
Erkən diaqnoz və müalicə (cərrahi və ya stent) fəsadların qarşısının alınması üçün vacibdir:
Karotis darlıqlarının endarterektomiya əməliyyatı ilə qarşısı almaq olar. Endarterektomi əməliyyatı iflic təhlükəsinə səbəb ola biləcək qədər irəli dərəcədə darlıq varsa, bu prosedur xəstədə keçici yaxud qalıcı iflic, korluq, danışıqda problemlərə səbəb olduğu zaman həyata keçirilir.