Sap kəskin infeksion xəstəlik olub özünü septik əlamətlərlə, dəridə çoxlu sayda yaralarla, orqan və toxumalarda iltihabı proseslərlə biruzə verir.
Xəstəlik sap bakteriyaları tərəfindən yoluxur. Sap bakteriyaları spor və kapsul əmələ gətirmir, qrammənfidir və anareob təsirə malikdirlər.
Xəstəlik insanlara xəstə atdan, dəvədən yoluxur. Xəstəliyə gigiyenik qaydalara əməl etmədən xəstə heyvanlara baxan adamlarda rast gəlinir. Sap infeksiyası zoosnoz xəstəlikdir, insandan insana yoluxmur.
İnfeksiya insan orqanizminə dəri, göz, burun və ağız vasitəsilə daxil olur. Xəstəlik özünü daxildə və dəridə əmələ gətirdiyi çoxsaylı yaralarla göstərir. Yaralar əsasən dəri və dərialtı toxumanı zədələyir və sağaldıqda yerində çapıq toxuma qoyur.
Xəstəliyin inkubasiya dövrü 1 gündən 3 həftəyə kimi ola bilir. Xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
Sap infeksiyası zamanı ən çox üzün dərisi, ağız və burun ətrafı nahiyələr zədələnir. Yaralar əmələ gəldikdən bir müddət sonra irinləyir, qatı irin dərialtı piy təbəqəsini zədələyir. Xəstədə pnevmoniya əlamətləri meydana çıxır və sinədə ağrılar əmələ gəlir. Sap infeksiyası bəlğəmli öskürək, sürətli ishal, ürək çatışmazlığı əlamətlərilə müşayiət edilir. Xəstənin qaraciyəri və dalağı böyüyür.
Xəstəlik 4-5 həftə davam edir və ölümlə nəticələnir.
Müalicəsi
Sap infeksiyası müalicəsi üçün bir ay ərzində sulfanilamid preparatları istifadə olunur və antibiotiklər təyin olunur (penisilin, streptomisin). Eyni zamanda, mallein təqdim olunur. Ağır formalarda hemodez və reopoliqlükin təyin edilir. Vitamin terapiyası aparılır. Bəzən simptomatik müalicə aparılır.