Main

Sarkoidoz

Sarkoidoz (Besnier-Böck-Schaumann xəstəliyi) bir çox orqan və sistemlərə zərər vemə riski olan, müalicəyə çətin tabe olan sistemik bir xəstəlikdir. Sarkoidoz təsirlənmiş toxumalarda qranulomaların əmələ gəlməsi ilə xarakterizə olunur (bu, sarkoidozun əsas diaqnostik əlamətlərindən biridir, nümunələrin mikroskopik müayinəsi ilə aşkar edilir). Qranuloma müxtəlif ölçülü sıx düyünlü toxuma formasına malik olan iltihabın məhdud odağı hesab olunur. Əksər hallarda limfa düyünləri, ağciyərlər, qaraciyər, dalaq, bəzən dəri, sümüklər, görmə orqanları və s.zədələnir.
Sarkoidoz insanın bütün toxumalarında yayılan xəstəlik olub əsas yerləşdiyi və daha çox yayıldığı orqan ağ ciyərlərdir.
Sarkoidoz zamanı ağ ciyərdə limfa damarları tutulur və şişkinliklər baş verir.

Sarkoidozun səbəbləri

Mövcud klinik yanaşmada sarkoidozun təməl səbəbi bilinmir. Xəstəlik yoluxucu hesab edilmir, başqalarına ötürülmə riski yoxdur. Bununla birlikdə, tədqiqatlar sarkoidozun müəyyən yaş qruplarında, cinsiyyət və irqi xüsusiyyətlərində daha çox ortaya çıxdığını göstərir. Buna görə, sarkoidoz riski aşağıdakı xüsusiyyətlərə sahib insanlarda daha yüksəkdir:

  • Kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur.
  • Afrika mənşəli fərdlərin sarkoidoz xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir.
  • Ailənin sarkoidoz tarixçəsi olan insanlarda, əhalinin qalan hissəsinə nisbətən daha çox yayılmışdır.
  • Uşaqlarda nadir hallarda sarkoidoz müşahidə olunur; 20 ilə 40 yaş arasındakı insanlar risk qrupuna aid edilir.

Bundan əlavə elm qranulomaların meydana gəlməsinə səbəb ola biləcək aşağıdakı etioloji amilləri müəyyən etmişdir:

  • heyvan və bitkilərin tullantıları (zülal, polen, sporlar);
  • yoluxucu bakterialar (mikobakteriyalar və viruslar, göbələklər və s.);
  • müxtəlif metal birləşmələri (berilyum, alüminium);
  • qeyri-üzvi toz (talk, kvars, silikon).

Sarkoidozun əlamətləri

Sarkoidozun simptomları əksər hallarda təsadüfən aşkar olunur, çünki xəstəlik adətən özünü biruzə vermir. (məsələn, adi müayinələr zamanı döş qəfəsinin rentgenoqrafiyası və ya fluoroqrafiyası zamanı). Bəzən zəiflik, aşağı dərəcəli qızdırma, sinə ağrısı, iştahsızlıq, quru öskürək müşahidə olunur.

Sarkoidozun ağırlaşmaları

  • atelektaz;
  • bronxial stenoz;
  • ürək və tənəffüs çatışmazlığı;
  • digər orqanların lezyonları ilə əlaqəli müxtəlif ağırlaşmalar.

Sarkoidozun müalicəsi

Sarkoidozun müalicəsində ən çox qlükokortikoid hormonları istifadə olunur. Xəstəliyin bəzən öz-özünə keçə biləcəyini nəzərə alsaq, bəzi hallarda müalicə təyin etmədən özünüzü həkimin müşahidəsi ilə məhdudlaşdırmaq kifayətdir.

Sarkoidozun profilaktikası

Sarkoidozun kəskinləşməsinin qarşısını almaq üçün müxtəlif prosedurlardan əlavə sağlam həyat tərzi sürmək lazımdır. Ağciyərdə lezyonlar varsa ilk növbədə siqareti tərgitmək lazımdır, çünki bu, nəfəs almaqda çətinlik yarada və xəstəliyi çətinləşdirə bilər. Bundan əlavə, qaraciyər üçün zərərli olan kimyəvi maddələr, uçucu zəhərli maddələr, toz, qazlar və ağciyərlərə zərər verə bilən buxarlarla təmasdan və dərmanlardan istifadə etməməyə çalışmalısınız. Sarkoidozun əlamətlərinə qanda kalsiumun miqdarının artması daxildir ki, bu da böyrəklərdə və ya sidik kisəsi boşluğunda daşların əmələ gəlməsinə səbəb ola bilər. Odur ki, kalsiumla zəngin qidalardan uzaq durmağa çalışmalısınız. Eyni zamanda açıq günəş altında çox vaxt keçirməkdən çəkinmək lazımdır.

Tercume

https://www.instagram.com/p/CjYZ0bRqeGp/