Piy vəziləri halokrin sekresiyalı alveolyar vəzilərdir və böyük əksəriyyəti tük follikulları ilə əlaqəlidir. Ovuc və ayaqaltı istisna olmaqla dəri örtüyünün bütün sahələrində rast gəlinir. Dəridə 4-8 milyona qədər piy vəziləri mövcuddur, daha çox başın tüklü hissəsində, boyunda, burunda, döş qəfəsinin yuxarı hissəsində və onurğanın dərisində rast gəlinir (1sm²-də 400-900 a qədər). Sutka ərzində 20 gr dəri piyi ifraz olunur, bunun 67%-I sudan və 33%-I bərk çöküntüdən ibarətdir. Bərk çöküntünün çox hissəsi lipidlərdən, az miqdarda zülallardan, hormonlardan, və digər maddələrdən təşkil olunmuşdur. Piy vəzilərinin sekreti tükləri və dərini yağlamaq hesabına müdafiə funksiyasını təmin edir, dəriyə elastiklik verir və dəri səthinin toxuma müqavimətini asanlaşdırır. Sərbəst yağ turşuları saxlaması hesabına bakteriosid və funqostatik aktivliy malikdir piy vəzilərinin sekreti.
Piy vəzilərinin funksiyası beyin qabığı tərəfindən idarə olunur.Ona görə də ruhi gərginlik, yorğunluq və s. zamanı piy vəzilərinin funksiyası dəyişir. Bundan başqa müəyyən edilmişdir ki, piy vəzilərinin funksiyası endokrin sistemin vəziyyətindən də asılıdır. Belə ki, cinsi yetişkənlik zamanı oğlan və qızlarda piy vəzilərinin funksiyası artır. Qocalarda isə tezliklə piy vəzilərinin funksiyası azalır.
Beləliklə, ifraz olunan dəri piyinin miqdarı və keyfiyyəti sinir və endokrin, həzm sistemlərin vəziyyətindən, xəstələrin cinsindən, iqlimdən, ilin mövsümündən və qidalanma xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Piy vəzilərinin funksiyasının pozulması nəticəsində əmələ gələn xəstəlik seboreyadır. Seboreya zamanı dəri piyi həm kəmiyyət olaraq, həm də tərkib olaraq dəyişir.Xəstəliyin etiologiya və patogenezi tam aydın deyil. Cinsi yetişkənlik dövründə normal sinir-endokrin əlaqələr pozulur: Beləki, hipofizin və böyrəküstü vəzinin funksiyası artır, cinsiyyət vəziləri aktivləşir,androgenlərlə estrogenlər arasında normal əlaqə pozulur. Xəstəlik zamanı androgenlərlə estrogenlər arasında nisbi tarazlığın androgenlərin artması istiqamətində pozulur. Bununla yanaşı olaraq mərkəzi sinir sisteminin fəaliyyəti də dəyişilir.Onun vegetative bölməsinin tonusu artır və beləliklə, yeni sinir-endokrin əlaqələri yaranır.
Vegetativ sinir və endokrin sistemlərin qarşılıqlı əlaqəsinin müvəqqəti pozulması nəticəsində piy vəzilərində hiperplaziya, hiperfunksiya müşahidə olunur, dəri piyinin kimyəvi tərkibi dəyişir. Follikulyar hiperkeratoz baş verir. Bundan başqa müəyyən edilmişdir ki, mədə-bağırsaq sistemi xəstəlikləri, xroniki infeksion xəstəliklər, hipovitaminozlar vs. zamanı seboreyanın gedişi ağırlaşır.
Hazırki dövrdə tüklü hissənin seboreyasənən və kəpək törədicisi olaraq Pitirosporum göbələkləri göstərilir. 90% hallarda bu maya göbələkləri sağlam insanın dərisində də olur. Göbələk piy vəzilərinin ətrafında olur və böyümək, inkişaf etmək üçün onun sekretindən istifadə edir.
Uyğun olmayan şərait olduqda dərinin və piy vəzilərinin müdafiə funksiyası pozulur. Orqanizm pitirosporumların çoxalmasına nəzarəti itirir və onların sayı hədsiz çoxalır. Başın tüklü hissəsinin normal mikroflorasının 50 %-ni bu göbələklər təşkil etdiyi halda, seboreya zamanı bu 7% təşkil edir.
Göbələkləri aktivləşdirən səbəblərdən biri də piy vəzilərinin ifraz etdiyi piyin tərkibinin dəyişməsidir. Bu haqda yuxarıda məlumat verilib.
Klinik şəkli:
Seboreya əsasən dəri örtüyünün piy vəziləri ilə zəngin olan başın tüklü hissəsində, alında, burunda, çənədə, döş qəfəsinin ön və arxa yuxarı nahiyyələrində,cinsiyyət üzvlərində müşahidə olunur.
Klinik şəklindən asılı olaraq seboreyanın aşağıdakı formaları var:
MÜALİCƏSİ
Müalicənin əsasını pəhriz təşkil edir, yağlı, duzlu, ədviyatlı qidalar, spirtli içkilər, konservlər, kakao, bal, qoz, şokolad vs məhdudlaşdırılmalı bəziləri tamamilə ləğv olunmalıdır.Qida rasionuna soyutma ət, balıq, kəsmik,qatıq, meyvə, tərəvəz, göyərti vs daha çox yer tutmalıdır. Orqanizmdə olan digər daxili, xroniki xəstəliklər tapılmalı və müalicə olunmalıdır (mədə-bağırsaq, endokrin, sinir sistemi xəstəlikləri,həmçinin cinsi xəstəliklər ).Yalnız bundan sonra seboreya müalicəsi müsbət nəticə verə bilər.
Ümumi müalicə zamanı vitamin A, C, E, grup B istifadə olunur. Vit A 100.000 BV sutkalıq dozada 2-3 ay müddetində təyin olunur.Vitaminoterapiya ilə yanaşı mikroelementlər də təyin oluna bilər (kükürd preparatları, dəmir, fosfor vs ).
Yağlanmanı azaltmaq üçün antiandrogen preparatlardan da istifadə oluna bilər. Məsələn “Diana” preparatı bu xüsusiyətə malikdir.Qadınlara bu preparat aybaşı tsiklinin 5-ci günündən 21 gün müddətində 1 tabletkadan təyin olunur. Kişilərdə isə 20 günlük intervalla 10 günlük təyin olunur preparat.
Seboreya zamanı yerli olaraq spirt tərkibli qarışımlar, rezorcin (2-5%), salisil turşusu (2-3%), bor turşusu istifadə olunur.Həmçinin vitamin A, E tərkibli kremlərdən də istifadə oluna bilər. Kəpək əleyhinə selen sulfid tərkibli şampunlardan istifadə oluna bilər.Periodik olaraq ildə iki dəfə selen sulfid preparatlarından istifadə etmək olar.
Steroid hormonlardan kortizon, prednizolon, deksametazon, triamsinolon vs seboreyalı və sızanaqlı xəstələrin müalicəsində geniş istifadə olunur. Bu hormonlar əsasən aşağı və orta dozalarda və qısa müddət təyin olunur. Müəyyən nəticə əldə ettikdə bu hormonlar dayandırılır.
Xəstəlik nahiyyəsində ikincili infeksiya baş verdikdə antibiotiklərdən: benzilpenisilin, bisilin, levomitsin, eritromisin, daha yaxşı nəticə verir. Bu xəstələrin müalicəsində stafilokok anatoksini, vaksin, histoqlobulin, qamma-qlobulin vs immun-bioloji üsullarla müalicə aparılır.
Başın tüklü hissəsinin tutulması zamanı ketakanazol, sink, və qətran tərkibli şampunlar təyin olunur. Onlar həftədə iki dəfədən az olmamaqla ən az bir ay istifadə olunur. Sonrakı müddətdə bu preparatlar profilaktik məqsədlə iki həftədə bir dəfə istifadə olunmalıdır. Həmçinin ağır formalarda salisil spirti, qətran preparatları və yumuşaldıcı preparatlar istifadə olunmalıdır.
Effekt alınmasa steroid mazlar yerli olaraq istifadə olunur. Daha ağır formalarda isə bu mazlarla yanaşı göbələk əleyhinə preparatlar daxilə qəbul olunur: Ketakanazol 200 mg/gün, terbinafin 250 mg/gün, Flukanazol 100 mg/gün vs. Müalicə 4 həftə davam edir. Kompleks müalicə məqsədilə vitaminlər, allergiya əleyhinə, sakitləşdirici, mədə-bağırsaq sistemi funksiyasını normallaşdıran preparatlar istifadə oluna bilər.